"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yardımlı rayonu Alar bələdiyyəsinin sədrini tanıyaq

--2020-08-25 / 17:34

Şahverənov Almirzə Sabir oglu bir aprel 1959- cu ildə Yardımlı rayonunun Alar kəndində anadan olub.

1976 -cı ildə Alar kənd orta məktəbini fərqlənmə ilə bitirib.

1978 - 1980- ci illərdə hərbi xidmətdı olub.

1982 - 1988 - ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb.

Bir müddət orta məktəbdə dil və ədəbiyyat müəllimi işləyib.

1997- ci ildə Yardımlı rayon rəhbərliyi Alar kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsinə təyin edilib.

Bir müddət sonra rayon rəhbərliyi etimad göstərərək Alar kəndi üzrə İcra nümayəndəsi vəzifəsinə təyin edib.

Bir neçə il bu vəzifədə çalışdıqdan sonra yenidən öz müəllimlik fəaliyyətinə qayıdıb.

Bir neçə il Alar kənd tam orta məktəbində təlim - tərbiyyə işləri üzrə direktor müavin işləyib.

Hazırda Alar kənd tam orta məktəbində müəllim və Alar bələdiyyəsnin sədri vəzifəsində işləyir. Yaradıcılıqla da məşğuldur, Qızıl Qələm mükafatçısıdır.

Uzun illərdir ki, xeyriyyəçilik işləriylə məşğuldur.

2014 və 2019-cu illərdə bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə 2015 və 2020-ci lin yanvar ayından isə bələdiyyə sədri seçilib. Təmsil olunduğu bələdiyyənin doqquz üzvü var.

ŞƏRHLƏR