"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xudat şəhərində də dezinfeksiya işləri aparılır- BƏLƏDİYYƏNİN DƏSTƏYİ İLƏ

--2020-03-31 / 14:17

Xaçmaz rayonu Xudat şəhər bələdiyyəsi Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə Xaçmaz RİH-in təşəbübüsü və dəstəyi  ilə şəhərin park və meydanlarında koronavirus (COVID -19) infeksiyasına qarşı dezinfeksiya işləri aparılmaqdadır.

Bu barədə məlumat Xudat bələdiyyəsindən daxil olub.

Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi ilə şəhərin bütün mərkəzi küçə və meydanlarında, parklarda, ictimai iaşə obyektlərinin qarşısında dezinfeksiya işləri aparılmışdır, Bütün ölkə üzrə xüsusi rejimli karantin müddətində Xudat bələdiyyəsi təşəbbüsü və dəstəyi ilə dezinfeksiya işləri davam etdiriləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR