Xudat şəhərində Xudat bələdiyyəsinin təşkilatçılığı və maliyyə vəsaitiylə "Şəhidlər bulağı" xatirə kompleksi istifadəyə verilib. Şəhərin Xudat-Nabran yolunun üstündə əvvəllər baxımsız vəziyyətdə olan yerdə bələdiyyənin təşkilatçılığı ilə abadlıq işləri aparılmış, habelə ərazidə bulaq üçün xəttlərin çəkilişi, o cümlədən fəvvarə kompleksi quraşdırılmışdır. Bununla yanaşı kompleksdə 28 nəfər şəhid olan Xudat sakinlərinin hər birinə aid xatirə lövhələri vurulmuşdur. Xatirə lövhələrində şəhidlərin ad və soyadı, habelə şəhid olduğu tarix öz əskini tapmışdır. Yüksək memarlıq üslubunda hazırlanan kompleksin ətrafına asfalt vurulmuş, ərazisi tamet daşlarla döşənmiş və bəzək kolları əkilmişdir.
Xudat bələdiyyəsinin sədri Elman Allahyarovun sözlərinə görə, Xaçmaz RİH -in təşəbbüsü ilə həyata keçirilən layihənin icrası hər bir bələdiyyə üzvü üçün məsuliyyətli iş kimi qəbul edilmişdir.
Xatirə kompelksi daim bələdiyyənin diqqətində olmaqla bərabər gələcəkdə bu ərazinin şəhərin ən müqəddəs yerlərindən birinə çevriləcəyinə inanırıq. Odur ki, ərazinin abadlığı, xatirə kompleskində səliqə-səhman və təmizlik işləri daim bələdiyyənin diqqətində olacaqdır.
Belediyye.info