"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xudat bələdiyyəsinin 2021-ci ilin fəaliyyəti barədə bələdiyyənin Hesabatı

--2022-01-24 / 13:30

Azərbaycanda bələdiyyələrin yaradılması Ulu Öndər Heydər Əliyevin demokratik və dünyavi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi ən mühüm islahalatlardan biridir. Ona görə ki, dünyavi dövlət quruculuğuna gedən yol yerli özünüidaretmə qurumlarından və vətəndaş cəmiyyətinin formalaşmasından keçir. O bələdiyyəni yaratdı, bələdiyyələrin idarəçilik strukturunu müəyyən etdi, hüquqi bazasını formalaşdırdı.

Ulu öndər H.Əliyevin siyasətinə sadiq olan möhtərəm prezidentimiz İlham Əliyev bələdiyyə institunu dahada inkişaf etdirərək qanunlara və normativ hüquqi aktlara əlavə və dəyişikliklər edərək bələdiyyə idarəçiliyini daha da təkminləşdirdi, bələdiyə gəlirlərinin dayanığlığını daha da möhkəmləndirdi. Onun nəticəsidir ki, bu gün bələdiyyələr fəaliyyət göstərdiklər ərazilərdə yerli əhəmiyyətli probləmlərin həllində mühüm rol oynayırlar.

   Bələdiyyələr fəaliyyətlərini “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında”,Azərbaycan Respublikasının Vergi Məcəlləsinin “Yerli vergilər və ödənişlər” bölməsinin tələblərinə uyğun həyata keçirir.

Azərbaycan Respublikası Konstitusiyasına görə bələdiyyələr öz fəaliyyətini iclaslar və daimi komissiyalar vasitəsi ilə idarə edirlər.

“Bələdiyyə statusu” haqqında qanuna əsasən bələdiyyə iclasları ayda 1 dəfədən az olmayaraq bələdiyyə sədri tərəfindən çağrılır.

2021-ci il ərzində Xudat bələdiyyəsinin 21 iclası keçirilmiş, bələdiyyə fəaliyyətinə dair 83 yerli əhəmiyyətli məsələlər müzakirə olunaraq qərarlar qəbul edilmişdir.

2021-ci il ərzində bələdiyyənin yerli büdcəsinə “Bələdiyyənin Maliyyəsinin Əsasları” haqqında qanunun tələblərinə uyğun əməl edilmişdir.

2021-ci ilin yanvarın 1-nə büdcə qalığı 81900 manat olmuşdur.2021-ci ildə Xudat bələdiyyəsinin yerli büdcəsinin gəlirləri 125949 manat olmuşdur

     Bu əsasən:

Fiziki şəxslərdən torpaq vergisi üzrə __ 14972

Fiziki şəxslərdən əmlak vergisi üzrə __ 30133

İcarə haqqı __3475

Bələdiyyə əmlakının və torpaqlarının özgəninkiləşdirilməsindən gəlirlər üzrə __ 63465

Digər xidmətlərə görə ödəniş üzrə __ 10404

Dotasiya __ 3500

2021-ci ildə yerli büdcənin xərclər hissəsinin icrası 187469 manat təşkil etmişdir.

            Bu əsasən:

Kommunal təsərrüfat xərcləri __115177

Sosial təminat və sosial müdafiə xərcləri __ 8962

Təqaüdlərin ödənilməsi __ 1800

“Şimal kəndi gənclər birliyi” idman futbol klubuna-birdəfəlik yardım__ 200

Ərzaq səbəti __ 94

27 sentyabr anım günü güllərin alınması __ 300

Xudat şəhəri K.Zavod qəsəbəsi yeni yaşayış massivində qazi İbrahimov Kamil Kamal oğlunun evinin qabağına və 4 küçəyə su xəttinin çəkilişinə__ 6568

Yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri __ 59759

_ Rabitə xidmətlərinin ödənilməsi __ 438

_ Qəzet abunəsi __ 542

_ “Bələdiyyə info” xidmətləri __ 100

_ Təbii qazın dəyəri __ 670

_ Enerji haqqı __ 85

_ Həyat sığortası __ 77

 

_ İşçilər üçün plastik kartların hazırlanması __ 108

_ Yanacaq xərclərinin kompensasiyası __ 1440

_ Banx xidmətləri __ 431

_ Əmək haqqı __ 36040

_ DSMF-məcburi dövlət sosial sığorta haqları __ 7526

_ AŞMBA-na üzvlük haqlarının ödənilməsi __ 1200

_ Komputerlərə servis xidməti __ 550

_ Kadastr xidmətləri __ 4800

_ Torpaq satışının sənədləşdirilməsi üzrə reyestr xidmətləri __ 2672

_ Dövlət rüsumu __2690

_ Hərrac rüsumu __ 40

_Onlayn bank xidməti 3% __350

Təhsil xərcləri__ 1421

_2saylı tam orta məktəbin təmiri __1421

Mədəniyyət və bədən tərbiyyəsi xərcləri __2150

_ Xudat şəhəri 4-cü şöbə ərazisində futbol meydançasının təmiri__1300

_Xudat şəhərinin girişində panonun təmiri __ 850

“Azərpoçt”MMC-nin Xaçmaz RPF-kı cari hesabda __2041

     2022-ci ilin yanvarın 1-nə büdcə qalığı 20416 manat olmuşdur.

Xudat şəhərində 2021-ci ildə 31 küçəyə çay daşı və çınğıl tökülərək təmir edilmiş, əhalini içməli su ilə təmin etmək üçün Konserv zavod yaşayış məntəqəsində 1 ədəd artezian su quyusu vurulmuşdur. K.Zavod və 4-cü şöbə yaşayış məntəqələrində artezian su quyusundan çıxan içməli su küçələrə çəkilərək sakinlərin istifadəsinə verilmişdir. 2-ci şöbə ərazisində yaşayan şəhid ailəsinin Rəşidov İlham Tahir oğlunun evinə 300 metr məsafədən, K.Zavod yaşayış məntəqəsi ərazisində yaşayan Qazi İbrahimov Kamil Kamal oğlunun evinə 500 m məsafədən içməli su xətti çəkilmişdir. Mərkəzi Malikanədə istifadə olunan su nasosları və xətləri təmir edilmişdir.

2021-ci ildə Xudat bələdiyyəsi tərəfindən Ekoloji layihələr həyata keçirilərək 4-cu şöbə ərazisində sərv və şam ağacları əkilmiş və il ərazində onlara qulluq göstərilmişdir.

Sosial Təminat və Sosial müdafiə tədbirləri çərçivəsində yüksək bal toplayaraq Respublikanın Ali məktəblərinə daxil olmuş 3 tələbəyə- Əliverdiyeva Nəzrin Nazir qızı, Kərimov Tərlan Nəbi oğlu, Hüseynova Gülşən İlkin qızına hər birinə 50 manat olmaqla hər ay 150 manat təqaüd ödənilmişdir.

İmkansız ailələrə yardım edilmiş, 20 yanvar şəhidlər günü və 27 sentyabr şəhidlərimizin anım günü münasibəti ilə əklillər və gül dəstləri alınmışdır.

Gənclərin asudə vaxtlarını səmərəli keçirmək üçün 4-cü şöbə ərazisində futbol stadionu təmir edilmiş, futbol turnirinin keçirilməsinə vəsait ödənilmişdir.

2021-ci il ərzində büdcəyə daxil olmuş vəsait ümümulikdə komunal təsərrüfat xərclərinə, sosial müdafiə, sosial təminat xərclərinə,Yerli özünüidarəetmə qurumlarının saxlanılmasına, Təhsil, Mədəniyyət və bədən tərbiyəsi xərclərinə istifadə olunmuşdur.

Hesabat ilində bələdiyyə vətəndaşların qəbulu, onların ərizəsi və şikayətlərinə baxılması “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında Azərbaycan Respublikası qanununa Dövlət hakimiyyəti orqanlarında təklif, ərizə və şikayətlər üzrə kargüzarlığın aparılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilmişdir.      Hesabat ilində bələdiyyənin sədri və müavini tərəfindən 380 nəfər vətəndaş qəbul edilmişdir. Vətəndaşlardan 276 yazılı ərizə və şikayət daxil olmuşdur. Bələdiyyəyə daxil olmuş ərizə və şikayətlərə yazılı və şifahi cavab verilmişdir.

2021-ci il ərzində bələdiyyədən 464 məktub göndərilmişdir.

Bələdiyyə üzrə 2021-ci il ərzində 44 sərəncam,7 əmr verilmişdir. Bələdiyyəmizdə hal-hazırda 9 nəfər işçi çalışır. İşçilərdən 2 bələdiyyə üzvü, digər bələdiyyə icra aparatında və təsərrüfat sahəsində faəliyyət göstərir.

Bələdiyyənin daha yaxşı işlənməsi üçün bələdiyyə vətəndaş həmrəyliyi vacib amildir.

Elman Allahyarov

Xudat bələdiyyəsinin sədri                                       

 

 

ŞƏRHLƏR