"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xudat bələdiyyəsi hansı yeniliklərə imza atıb?-Bələdiyyə sədri yazır

--2017-01-24 / 10:22

Ölkəmizdə bələdiyyələrin yaranması, hüquqi bazasının formalaşması və inkişafı ümumilli lider H.Əliyevin adı ilə bağlıdır. Ümumilli liderin demokratik  və dünyavi  dövlət quruculuğu sahəsində apardığı ən mühüm islahatlardan biri də yerli özünüidarə qurumlarının-bələdiyyələrin  yaranmasıdır.

Ulu öndər H.Əliyevin siyasətinə sadiq qalan, onu uğurla həyata keçirən möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bələdiyyələrin hüquqi bazası daha da təkmilləşərək inkişaf etmiş, “bələdiyyə statusu haqqında” qanuna “Bələdiyyə torpaqlarının idarə olunması” və “bələdiyyənin maliyyəsinin əsasları”haqqında Azərbaycan Respublikası qanunlarına əlavə və dəyişikliklər etməklə bələdiyyələrə yeni-yeni səlahiyyətlər verilmişdir.

Bunun nəticəsidir ki, bu gün bələdiyyələr cəmiyyətin ayrılmaz bir hissəsinə çevrilmişdir.

Ölkəmizdə aparılan sosial-iqtisadi inkişaf prosessində bələdiyyələr yaxından iştirak edir. Həyatı vacib məsələlərin həllində, yerli özünüidarəetmənin təşəkkül tapmasında, bələdiyyə-vətəndaş münasibətlərinin formalaşmasında, vətəndaş cəmiyyətinin inkişafında əhalinin sosial müdafiəsinin güclədirilməsində üzərlərinə düşən vəzifələri imkanları daxildə yerinə yetirir .

Xudat bələdiyyəsi də “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin  maliyyəsinin əsasları” haqqında və s. Azərbaycan Respublikası qanunlarına və digər normativ-hüquqi aktlara əsasən  fəaliyyətini həyata keçirir.

Azərbaycan Respublikası Konstitusiyasının  tələblərinə  uyğun olaraq  bələdiyyəmiz  öz fəaliyyətini iclaslar və daimi komissiyalar vasitəsilə həyata keçirir.     “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən bələdiyyələrin iclasları ayda 1 dəfədən az olmayaraq bələdiyyə sədri tərəfindən çağırılır.

2016-cı il ərzində bələdiyyənin 14 iclası keçirilmiş, həmin iclaslarda bələdiyyə fəaliyyətinə dair 50 məsələ müzakirə olunmuş və qərarlar qəbul edilmişdir.

2016-cı il ərzində bələdiyyənin yerli büdcəsi Azərbaycan Respublikasının “Bələdiyyələrinn maliyyəsinin əsasları” haqqında qanuna uyğun formalaşdırılmışdır.

2016-cı il üçün smeta üzrə bələdiyyənin yerli büdcəsinin gəlir hissəsi 91300 manat məbləğində nəzərdə tutulduğu halda icrası 67.031 manat  olmuşdur.

Bu əsasən:

-fiziki şəxslərdən əmlak vergisi  üzrə 25513manata qarşı 24579 manat 

-fiziki şəxslərdən torpaq vergisi üzrə 13808 manata qarşı 15546 manat

-küçə reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş üzrə 7000 manata qarşı 4304manat,

-bələdiyyə torpaqlarının özəlləşdirilməsindən gəlirlər üzrə 25000 manata qarşı 11250manat

-bələdiyyə torpaqlarının icarəyə  verilməsindən icarə haqqı üzrə 4800 manata qarşı 5135 manat

          -Xidmət haqqı-325 manat

-əhalini içməli su ilə təmin olunmasından əldə olunmuş ödəniş üzrə 3000 manata qarşı 2392 manat

-xərclərin ödənilməsi üçün Dövlət büdcəsindən alınmış dotasiya üzrə 11079 manata qarşı 3100 manat

2016-cı  il ərzində yerli büdcənin xərclər hissəsinin  icrası 67032 manat təşkil etmişdir.

Möhtərəm Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişaf proqramı ilə əlaqədar apardığı möhtəşəm işlərin fonunda icra başçısı hörmətli Şəmsəddin müəllim Xanbabayevin  rayonda, o cümlədən Xudat şəhərində apardığı böyük abadlıq və quruculuq işlərinin həyata keçirilməsində Xudat bələdiyyəsi də öz imkanları daxilində iştirak edərək əhalinin sosial-iqtisadi, sosial təminat və ekoloji problemlərin həlli istiqamətində müəyyən işlər görmüşdür. 2016-cı ildə görülən işlərin istiqamətini və xərclənən vəsaitin izahını Sizlərin nəzərinə  çatdırmaq istəyirəm.

O cümlədən:

Yol təmiri:

- Ordubadi və İ.Qasımov küçəsinə -780 manat,

- 3-cü şöbəyə gedən yolun sol tərəfində yerləşən yeni yaşayış masivinə-1200 manat,

-Niyazi küçəsinə-550 manat,

-3-cü şöbəyə gedən yolun sağ tərəfində yerləşən yeni yaşayış massivinə-700 manat,

-Babək küçəsinə-770 manat,

-Yeni tikilmiş futbol meydançasının ətrafı və O.Mirzəyev küçəsinə -1600 manat,

-20 yanvar şəhidlərinin xatirəsinin yad edilməsinı əklil və güllərin qoyulması-120 manat,

-H.Əliyev büstünün ətrafının abadlaşdırılması və büstünün ətrafına güllərin əkilməsinə-200 manat,

-Novruz bayramı ilə əlaqədar -400 manat,

-I və II şöbə ərazisindən keçən çirkab suların axıdılması və suvarma arxlarının təmizlənməsi, keçidlərə boruların atılmasına-1200 manat,

-Xudat fitbol komandasının Quba şəhərində keçirilən futbol turniri üçün üzvlük haqqı-150 manat,

-1-ci şöbədə yerləşən su nasosunun təmirinə-250 manat,

-3 nəfər Xudat vətəndaşına maddi yardım-250 manat,

-Xudat 1 saylı məktəbin təmirinə-743 manat,

-Xudat 2 saylı məktəbin təmirinə-897 manat,

-M.Malikanə ərazisində əhalini içməli su ilə təmin edən su nasosları üçün motorxananın tikilməsinə -2145 manat,

-Nizami küçəsində yerləşən suvaqsız hasarların təmirinə və suvaqlanmasına-1000 manat,

-Nizami və O.Mirzəyev küçələrində hasarların mişar daşı ilə hörülməsinə-3410 manat,

-Keçmiş balıq zavodunun ətrafının abadlaşdırılması məqsədilə ətrafa dəmir şiferlə hasarın çəkilməsinə-1850 manat,

-Xudat–Yalama yolunun kənarında yerləşən hasarların rənglənməsi, Nizami parkının hasarında olan dəmir barmaqcıqların rənglənməsi və ətrafındakı zibilliklərin təmizlənməsinə-750 manat,

-Qurban bayramı münasibəti ilə 21 şəhid ailəsinə ərzaq səbətlərinin alınmasına- 364 manat, Bu iş Xudat İnzibati ərazi dairəsi ilə bilrikdə həyata keçirilmişdir

-Referendimunun keçirilməsi ilə əlaqədar Xudat şəhərində yerləşən seçki məntəqələrinin təmirinə 700 manat,

-Evinin tikinti ilə bağlı prezidentə müraciət edən imkansız Əhmədova Şəfiqə Nəbi qızına tikinti materiallarının alınıb verilməsinə-3473 manat və s.

2016-cı ildə yerli özünüidarəetmə orqanının saxlanması bölməsi üzrə cəmi 38284 manat vəsait xərclənmişdir.      

O cümlədən:

-Ştatda olan işçilərin əmək haqqlarının ödənilməsinə -26.614 manat

-Dövlət Sosial Müdafiə Fonduna ayırmalar    - 5.274 manat,

--Xidməti minik avtamaşına  yanacağın alınması- 1.848 manat

-Bank xidmətləri haqlarının ödənilməsinə-343 manat

         -Rabitə və poçt xidmətləri -390 manat,

-Sürətli internetin abunə haqqı -240 manat,

-Kompüterlərin texniki xidmətinə- 62  manat

-Dəftərxana ləvazimatlarının alınması- 224 manat

-Enerji haqqının ödənilməsi-716 manat

-Təbii qazın dəyəri-288 manat

-Vergi agentlərinə geyim dəstlərinin alınması-210 manat

- DƏDRX-nin reyestr xidmətləri üzrə rüsumların ödənilməsi -156 manat,

-Vergilərin xidmət edici bank vasitəsi ilə yığımına görə ödənilən xidmət haqqı -1.586 manat,

“Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa, “Dövlət hakimiyyəti orqanlarında təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilmişdir. Hesabat  ilində bələdiyyənin sədri və müavini tərəfindən 44 vətəndaş qəbul edilmişdir. Vətəndaşlardan 38 yazılı ərizə və şikayət  daxil olmuş, həyətyanı torpaq sahəsi ilə bağlı 11, torpaq mübahisələrinə dair 12  ərizə, su barədə 1, yol barədə 3, ailə vəziyyəti ilə əlaqədar 8, suvarma arxı ilə əalqədar 3  ərizə qeydə alınmışdır.

Bələdiyyəyə daxil olmuş ərizə və şikayətlərə yazılı və şifahi cavab verilmişdir.

2016-ci ildə bələdiyyədən Respublikanın Nazirlik, İdarə və təşkilatlarına 261 məktub göndərilmişdir.

2016-cı ildə bələdiyyəyə idarə və təşkilatlardan 52 məktub daxil olmuşdur.

Bələdiyyə üzrə 2016-cı il ərzində 41 sərəncam, 3 əmr verilmişdir. Bələdiyyəmizdə hal-hazırda 15 nəfər işçi çalışır. İşçilərdən 2 nəfər bələdiyyə üzvü, digərləri isə bələdiyyənin icra aparatında və təsərrüfat sahəsində fəaliyyət göstərir.

Bu gün bələdiyyələrin daha yaxşı işləməsi üçün bələdiyyə vətəndaş həmrəyliyi vacib amildir. Ümid edirik ki,  öz istək və arzularınız, səmərəli təkliflərinizlə bələdiyyəyə yaxından kömək edəcəksiniz.

Sizləri bir daha əmin edirəm ki, yerli əhəmiyyətli problemlərin həllində bələdiyyə öz  imkanları daxilində sizlərə köməyini əsirgəməyəcəkdir.

 

            

                                                   Elman  Allahyarov

Xaşmaz rayon Xudat bələdiyyəsinin sədri 

 

 

ŞƏRHLƏR