Binəqədi rayon Xocasən bələdiyyəsinin yaydığı məlumata görə, 26 sentyabrda keçiriləcək Referendum ilə bağlı Xocəsən bələdiyyəsinin inzibati binasında Bələdiyyə qulluqçuları və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə əməkdaşlarının birgə tədbir keçirilib.
Tədbirin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsinin öyrənilməsi və əhali arasında maarifləndirmə işinin aparılmasını daşıyıb.
Məlumatda bildirilir ki, tədbirdə Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairələsi üzrə nümayəndəsi Əlikiram Haqverdiyev çıxış edərək Konstitusiyada ediləcək dəyişiklikləri lahiyəsini geniş müzakirə ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Belediyye.info