"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xocasən sakinlərinə hesabat verildi

--2019-01-12 / 10:22

313 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Xocəsən bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, ərazi üzrə xidmət sahələrinin rəisləri və qəsəbə sakinləri iştirak ediblər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyev və Xocəsən bələdiyyəsinin sədri Məhərrəm Əsgərov 2018-ci il ərzində qəsəbədə görülən işlər barəsində məruzə ilə çıxış ediblər.

Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən qəsəbə sakinləri R.Məmmədov, A.Haqverdiyev və Ə.Abdullayev məruzələrə münasibət bildirdirərək qəsəbədə həlli vacib məsələlərə toxunublar.

Sakinlərin qaldırdıqları məsələləri cavablandıran İ.Süleymanov bu istiqamətdə Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq dövlət qurumları ilə iş aparıldığını və həmin məsələlərin həll ediləcəyini diqqətə çatdırıb.

Sonda 2018-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Xocəsən bələdiyyəsi sədrinin hesabat məruzələrində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edilib.

Belediyye.info

 

ŞƏRHLƏR