"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xocasən bələdiyyəsinin ərazisində iməcilik keçirilib

--2015-11-24 / 19:25

Xocasən bələdiyyəsinin sədri Anar Abbasovun Belediyye.infoya verdiyi məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının və Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları, Xocəsən, Binəqədi qəsəbə, Binəqədi rayon, Rəsulzadə və Biləcəri bələdiyyələrinin üzvləri, eləcə də YAP Binəqədi rayon təşkilatının üzvləri olan fəal gənclərin iştirakı ilə reallaşdırılan aksiya zamanı 500-ə yaxın yerli iqlimə uyğun ağaclar-əsasən Zeytun, Sərv, Eldar şamı, Çinar, Sarı Söyüd, Çin Qızılgülü, Palıd, Fıstıq, Göyrüş və meyvə ağacları əkildi. Ərazidə biomüxtəlifliyinin artırılması və floranın zənginləşdirilməsi üçün yerli iqlimə uyğun ağac növləri ilə yanaşı xarici ölkələrdən gətirilən həmişəyaşıl ağaclar və dekorativ gül kolları da əkilərək yaşıllıq zolaqları salınıb.

Yeni əkilən tinglərin suvarılamsı ilə yanaşı, parkın ərazisindəki mövcud ağacların dibi yumşaldıldı və onlara aqrotexniki qaydada qulluq göstərildi. İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən Ümumrespublika Yaşılladırma Marafonu təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox mühüm əhəmiyyətə malikdir. Bu layihə eyni zamanda yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir. Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, həm də paytaxt Bakı şəhərində, ümumilkdə Abşeron yarımadasında ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq.

Binəqədi rayonunda ətraf mühitin mühafizəsinə və yaşıllıqların arıtırlmasına töhfə verən bu cür ağacəkmə kompaniyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır.

 Belediyye.info
ŞƏRHLƏR