"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xocasən bələdiyyəsi işçi axtarır

--2018-01-29 / 07:38

Binəqədi rayon Xocəsən bələdiyyəsi “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə qulluğuna işə qəbul üçün aşağıdakı vəzifəyə 29.01. 2018-ci il tarixdən müsabiqə elan edir.

1.   “Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsi”nə  müfəttiş vəzifəsinə

 2.  Ümumi şöbədə kadr uçotu üzrə mütəxxəsis vəzifəsinə 

Namizədin müsabiqəyə buraxılması qaydası:

On altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar. Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

Bələdiyyə orqanlarında qulluğa qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30(otuz) gün müddətində bələdiyyə orqanına aşağıdakı sənədləri təqdim etməlidir:

- vahid forma üzrə ərizə (1 nömrəli əlavə);

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- tərcümeyi hal;

- təhsil haqqında sənədin surəti;

- şəxsiyyət vəsiqəsinin surəti;

- əmək kitabçasının təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

- sağlamlıq barədə arayış;

- hərbi biletin təsdiq edilmiş surəti, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə, müvafiq arayış;

- 3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.

Müsabiqədə iştirak etmək arzusunda olanlar Xocəsən bələdiyyəsinin Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi döngə 7.100 ünvanındakı inzibati binasında yerləşən Müsabiqə komissiyasına müraciət edə bilərlər.

Sənədlər komissiya üzvü Xankişiyev İsbəndiyar Əsgər oğlu tərəfindən qəbul edilir.

Tel: 012-346-04-02 Binəqədi rayonu Xocəsən bələdiyyəsi

ŞƏRHLƏR