"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xocasən bələdiyyəsi altı ay ərzində...

--2019-07-16 / 18:30

Ölkəmizdə geniş, hərtərəfli quruculuq işləri aparılır və davamlı olaraq bütün sahələrdə böyük nəaliyyətlər əldə olunur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzu durmadan yüksəlir , mövqeləri möhkləmlənir. Demokratik dəyişikliklərin geniş vüsat aldığı indiki zamanda yerli özünüidarədə, bələdiyyələrin də rolu getdikcə artmaqdadır. Bələdiyyələr ölkənin tərəqqisində və demokratiyanın inkişafında mühüm yer tutur.

Məhz bu səbəbdən Xocəsən bələdiyyəsinin 2019-cu ilin 6 ayında gördüyü işlərlə bağlı hesabat verməzdən əvvəl Bələdiyyənin ərazisi barədə qısa məlumatı diqqətinizə çatdırmaq istəyirəm.

Xocəsən bələdiyyəsi 2003 - cü ildən formalaşıb və hazırda bələdiyyə öz inzibati binasında yerləşir.

Xocəsən bələdiyyəsinin ərazisi 5 inzibati ərazi vahidini Sulutəpə, Xocəsən, 28 May qəsəbəsi və (2 yaşayış massivini) Motodrom və Çiçək yaşayış massivini əhatə edir.

Ərazi 18000 ha, əhalisi 29000 nəfərdən atrıqdır. Bələdiyyənin ərazisində Beynəlxalq Avtovağzal, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Atıcılıq İdman Kompleksi, Dağüstü Veloparkı, 4 məktəb, 2 baxça, 3 tibb məntəqəsi, kitabxana, klub, poçt, 4 sənaye, nəqliyyat, tikinti, məişət və digər müəssisələr yerləşir.

Məlumat üçün bildirirəm ki, 2014-cü il dekabrn 23-də keçirilmiş seçkilərdə Binəqədi rayonu Xocəsən bələdiyyəsinə 15 bələdiyyə üzvü seçilmişdir.

Bələdiyyələrin fəaliyyətinin şəffaflıq prinsipi əsasında qurulması əhalinin bizə inamını artıran əsas amillərdən biridir. Buna görədə biz öz fəaliyyətimizi Azərbaycan Respublikasının qanunlarına və Bələdiyyələrin statusu haqqında müvafiq sənədlərə əsaslanaraq qurur və əhaliyə mütəmadi məlumat veririk.

İndi isə icazənizlə Xocəsən Bələdiyyəsinin büdcəsi , gəlirləri və xərcləri barəsində məlumat verim.

Keçən 6 ay ərzində Xocəsən bələdiyyəsinin büdcəsinə 85.922 azn

vəsait daxil olmuşdur.

Ümumilikdə 2019-cu il 6 ay üzrə bələdiyyə büdcəsinə daxil olan vəsaitlər aşağıdakı kimi olmuşdur.

         Daxil olan vəsaitlər barədə məlumat:      

         Torpaq vergisi     16.890

         Əmlak vergisi      47.100

         Məişət tullantıları 10.882

         İcarədə olan torpaqlara görə   1050

         Dotasiya     10.000

         Cəmi: 85922

Xocəsən Bələdiyyəsinin 2019-cu ilin 6 ay üzrə xərcləri isə 88.023 manat olmuşdur.

        

2018-ci ilin 6 ayı ilə müqayisədə, 2019-cu ilin 6 ayı üzrə Xocəsən bələdiyyəsi büdcəsinə 14.005 manat çox vəsait daxil olmuşdur.

Bələdiyyə statusu haqqında Azərbaycan Respublikasının Qanunun 16 maddəsinə əsasən 2019-cu ilin 6 ayı üzrə Xocəsən bələdiyyəsi tərəfindən 08 bələdiyyə iclası keçirilmiş 33 qərar qəbul edilmişdir.

Ötən 6 ay müddətində bələdiyyəmizdə vətəndaşların qəbulu və müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilmişdir.

Məlumat üçün bildirirəm ki, hesabat ilində bələdiyyəyə vətəndaşlardan və müxtəlif təşkilatlardan 171 məktub, bu məktublardan 37 məktub Binəqədi Rayon İcra Hakimiyyətindən daxil olmuşdur.Həmin müddət ərzində bələdiyyəmizə vətəndaşlar tərəfindən 80 ərizə daxil olmuşdur.

Ümumilikdə Xocəsən bələdiyyəsinə 80 yazılı müraciət daxil olmuş, bunlardan 46 torpaqla,19 müxtəlif sənədlərin verilməsi, 7 tikinti, 3 birdəfəlik maddi yardımların verilməsi , digərləri isə nəzqliyyat, kanalizasiya və yolların təmir olunması ilə bağlı olmuşdur.

Məktub və müraciətlər qaldırılan məsələlərə operativ müdaxilə edilərək müsbət formada həllinə səy göstərilmişdir. Daxil olmuş məktublar və ərizələr qanunda nəzərdə tutulmuş müddətdə cavablandırılmışdır.

Vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə 2019-cu ilin 6 ay ərzində 687 nəfər vətəndaş bələdiyyənin məsul vəzifəli şəxsləri tərəfindən qəbul olunmuş, onların müraciəti dinlənilmiş problemlərinin həlli yolunda köməklik göstərilmişdir. Onuda qeyd etmək istərdki ki, 2018-ci il ərzində bələdiyyəyə müraciət edən vətəndaşların sayı 615 olduğu təqdirdə 2019-cu ilin 6 ayı arzində bu göstərici 687 –yə çatmışdır. Bu da vətəndaşlar arasında bələdiyyənin nüfuzunun artmasının və bələdiyyəyə inamının göstəricisidir.

Xocəsən bələdiyyəsində yaradılan İctimai sektor hər ay üzrə tədbirlər planı hazırlamış və həyata keçirmişdir. Hesabat dövründə İctimai sektor Xocəsən bələdiyyəsinin inzibati ərazisində yerləşən məktəblərdə və həmçinin məktəbəqədər müəsissələrdə 20 Yanvar, aprel döyüşləri, Xocalı soyqırımına və 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş Hərbi vətənpərvər ruhda bir çox tədbirlər həyata keçirmişdir.

2019-cu ilin 6 ayı üzrə ərazində aztəminatlı ailələrlə görüşlər keçirilmiş onların problemləri dinlənilmiş və maddi yardımlar göstərilmişdir.

Həmçinin hesabat dövründə ərazidə 5 səyyar görüş keçirilmiş, bununla yanaşı ağsaqqalarla və komitə sədirləri ilə görüşlər təşkil olunmuşdur.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Elxan Allahverdiyevin Binəqədi rayonu ərazisində sanitar-təmizlik aylığının keçirilməsi haqqında imzaladığı 01.04.2019-cu il tarixli 63 saylı Sərəncam Xocəsən bələdiyyəsində də tədbiq olunmuşdur. Sərəncama əsasən tədbirlər planı hazırlanmış Xocəsən bələdiyyəsinin inzibati ərazisində “ Rayonumuzu təmiz saxlayaq” şüarı altında tədbirlər keçirilmiş və bələdiyyəmizin facebook səhifəsində mətin və fotoşəkillərlə işıqlandırılmışdır.

Gənclər günü ilə əlaqədar ərazidə yerləşən 103 saylı orta məktəb də tədbir keçirilmişdir.    

Elimizin milli bayramı olan Novruz bayramı Xocəsən bələdiyyəsində də xüsusi qeyd olunub. Beləki ərazimizdə yaşayan aztəminatlı ailələr, valideyn himayəsindən məhrum olmuş uşaqlar, ahıllar, əlillər evlərində ziyarət olunaraq bayram sovqatı verilmişdir .

Prezident İlham Əliyevin ölkə vətandaşlarının pulsuz tibbi müayinə barədə tapşırığının icrası Binəqədi rayonu Xocəsən bələdiyyəsinin inzibti ərazisində uğurla həyata keçirilmişdir. Beləki Hospital Sitinin həkim heyyəti Xocəsən bələdiyyəsinə dəvət olunaraq bələdiyyəmizdə sakinlər müayinədən keçmiş, müayinəyə gedə bilməyən ahıllar isə evlərində həkim heyyəti tərəfindən müayinə olunmuşlar.

Beləki ictimai sektorun təşkilatçılığı ilə 18 aprel Tarixi abidələr günü, 9 May –Faşizim üzərində qələbə günü ,28 May Respublika günü kimi əlamətdar günlər ərazidə yerləşən məktəblərdə qeyd olunmuşdur. 1 İyun beynəlxalq uşalar günü münasibəti ilə ərazimizdə yaşayan valideyin himayəsindən məhrum uşaqlar evlərində ziyarət edilmiş, 5 iyun ətraf mühitin mühafizəsi günü münasibəti ilə ərazidə yaşıllıqların qorunması məqsədi ilə tədbir keçirilmiş, 15 İyun qurtuluş günü və 26 İyun Azərbaycan Silahlı Qüvvələr günü münasibəti ilə Xocəsən bələdiyyəsinin inzibati ərazisində yerləşən N saylı hərbi hissədə xocəsən bələdiyyəsinin təşkilatçılığı ilə musiqili tədbir keçirilmişdir. 17 iyun səhiyyə işçiləri də diqqət mərkəzimizdən qaçmamışdır.

Sözsüz ki , ərazimizin təmizliyi bizim gördüyümüz işlərin şəffaf aynasıdır. Məhz bu baxımdan hər ay üzrə İctimai sektor "Rayonumuzu təmiz saxlayaq, yaşıllıqlarımızı qoruyaq" şüarı altında bir çox maarifləndirci tədbirlər keçirmişdir.           Bələdiyyə tərəfindən Müqəddəs Ramazan bayramı münasibəti ilə Xocəsən qəsəbəsində yaşayan aztəminatlı ailələrə bayram sovqatı verilmişdir.    

Ərazimizdə olan ümumi problemləri barəsində qısaca məlumat vermək istərdim belə ki,

Bələdiyyə ərazisində sosial layihələrin həyata keçirilməsi, sakinləri narahat edən problemləri operativ həll edilməsi məqsədi ilə bələdiyyə büdcəsinin formalaşması. Vergilərin və rüsumların bütünlükdə yığılmasına nail olmaq;

Bələdiyyə üzvləri və qulluqçuları arasında icra intizamına diqqəti artırmaq və daxili nizam – intizam qaydalarına nəzarəti gücləndirmək;

Bələdiyyələrin Məhəllə Komitələrinin işinin gücləndirilməsi;

Məişət və digər tullantıların idarə olunmasını dahada təkminləşdirmək;

Vətəndaşların müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilməsi, onların problemlərinə qayğı ilə yanaşılması, qaldırılan problemlərin həllinə nail olunması.

Xocəsən bələdiyyəsi kollektivi olaraq, qısa zaman kəsiyində bələdiyyəmizin ərazisində mövcud olan problemlərin uğurla aradan qaldıracağımıza və bu ərazidə yaşayan sakinlərin rahat və problemsiz həyat tərzi sürmələri üçün öz vəzifəmizi layiqincə yerinə yetirməklə bu tərəqqini davam etdirməyə çalışacağıq.

           Məhərrəm Əsgərov

Binəqədi rayonu Xocasən bələdiyyəsinin sədri

(Binəqədi rayon Xocəsən bələdiyyəsinin 2019-cu ilin 6 ay üzrə fəaliyyətini əks etdirən

             hesabatı əsasında hazırlanıb)

ŞƏRHLƏR