"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xırdalan bələdiyyəsi də “E-manat”a qoşulub

--2016-04-01 / 22:41

Xırdalan bələdiyyəsindən verilən məlumata görə, bələdiyyə  bu günlərdə E-manat sisteminə qoşulub. İki ay əvvəl bələdiyyə iclasında qəbul edilən qərara əsasən  əhalidən yerli vergiləri onlayn yığılmaı üçün E-manat sisteminə qoşulması qərara alınıb.

E-manat sistemində artıq bələdiyyə  vergiləriylə bağlı ödənişlər ön səhifəyə keçirilib. Bugün ölkənin altı bələdiyyəsi məhz bu sistemə qoşulub.

Xatırladaq ki, ilk sistemə qoşulma  təşəbbüsü Nəsimi bələdiyyəsindən gəlib. Sentybarda bu sitemə qoşulan Nəsimi bələdiyyəsi bu gün ay ərzində 7 min manata yaxın vəsaiti E-manat sistemiylə qəbul edir.

Nəsimi, Bakıxanov, Sabunçu, Nizami, Yasamal və Xırdalan bələdiyyəsi ilk olaraq bu sistemi öz ərzailərində tətbiq ediblər.

Nizami bələdiyyəsinin sədri Vüqar Quliyevin Belediyye.infoya açıqlamasında bildirilir ki, bu gün bələdiyyənin əldə etdiyi gəlirlərinin xeyli hissəsi məhz  E-manat sisteminin tətbiqindən daxil olur.

Belediyye.info 

ŞƏRHLƏR