"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xındırıstan məscidi bərpa olunur

--2019-04-01 / 18:24

Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində olan qədim Xındırıstan məscidində əsaslı təmir-bərpa işlərinə start verilib. Bu barədə Belediyye.infoya məlumatı Ağdam RİH-in təsərrüfat şöbəsinin müdiri, rayonun baş memarı Abduləli Mehdiyev bildirib.

Onun sözlərinə görə, 1907-ci ildə Xındırıstan kənd sakini Hacı Cabbar tərəfindən inşa edilən məscid binasında cıddi çat yaranmış və bina müəyyən mənada təhlükəli duruma düşmüşdü.

Binanın tikintisi zamanı bünövrədə sementdən istifadə edilməməsi binanın dayanıqlığına da təsir etmişdir.

Bünövrəsi yalnız qara çay daşından hörülən binanın barısında sıradan çıxmış hissələr sökülərək yenidən hörülmüş, o cümlədən binanın bünovrəsində karkasla beton-bərgitmə işlərinə başlanılmışdır.

Bundan əlavə olaraq ilk dəfə olaraq məscidə bitişik iki minarədə inşa ediləcəkdir.  

Baş memarın sözlərinə görə, üç ay ərzində işlərin tamamlanması gözlənilir.

Bununla yanaşı məscidlə üzbəüz ərazidə olan keçmiş “Məişət evi” də bərpa ediləcək və ərazidə geniş   parkda salınacaqdır.

Qeyd edək ki, keçmiş sovet dövründə məscid binası taxıl ambarı kimi istifadə edilmiş, ötən əsrin 80-ci illərində isə tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərmişdir.

Ölkəmiz müstəqilik qazandıqdan sonra məscid binası kimi istifadə edilməyə başlanılıb.

Ağdam şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra Ağdam Cümə Məscidinin axundu Barat Bağırov bu məsciddə fəaliyyət göstərməkdədir.

Belediyye.info

 

ŞƏRHLƏR