"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xəzər rayonuna təyin edilən gənc icra başçısı kimdir?

--2019-02-11 / 07:25

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 05 fevral 2019-cu il tarixli sərəncamı ilə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Bəs Salahov Elşən Rövşən oğlu kimdir?

Xəzər RİH gənc icra başçısının tərcümeyi halını təqdim edib:

Salahov Elşən Rövşən oğlu 1977-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı şəhəri 237 saylı orta məktəbi bitirmişdir. 2000-ci ildə Xəzər Universitetini, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universtetini, 2017-ci ildə Azərbaycan Respulikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1999-cu ildə  Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində əmək fəaliyətinə başlamış, Qiymətli kağızların tədavülünün tənzimlənməsi şöbəsində baş məsləhətçi, Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsində sektor müdiri, 2009-cu ildə “Bank Standart” Kommersiya Bankının “Mərdəkan” filialının direktoru, 2014-cü ildə Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri, 2018-ci ildə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifələrində çalışmışdır. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir 2 övladı var.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 fevral 2019-cu il tarixli Sərəncamı ilə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR