Anar Yusif oğlu Hüseynli 1988-ci il may ayının 7-də Bakı şəhərində anadan olub.
1994-cü ildə Zirə qəsəbəsində 120 saylı orta məktəbin birinci sinfinə gedib.
2005-ci ildə həmin məktəbi bitirib, Milli Aviasiya Akademiyasının “Avianəqliyyat İstehsalatı” fakültəsinə qəbul olunub.
2010-cu ildə akademiyanı fərqlənmə diplomu ilə bitirib, Avianəqliyyat İstehsalatının təşkili üzrə mühəndis ixtisasına yiyələnib.
2011-ci ildən “Silk Way” Aviaşirkəti MMC–nin “Ground Handling Company” filialı Avaiyük xidməti üzrə departamentin Müştəri xidmətləri şöbəsinin mütəxəssisi vəziəsində çalışıb.
Zirə bələdiyyəsinin sədri Anar Hüseynli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millər vəkili Səttar Möhbalıyevın əmriylə “İli peşəkar gənci” fəxri adı və döş nişanı ilə təltif edilib. Bələdiyyə sədri əməkdə, təhsildə və ictimai fəaliyyətində göstərdiyi nailiyyətlərinə görə təltif edilib.
2014-cü il 23 dekabr tarixində keçirilən bələdiyyə seçkilərinə qatılıb və bələdiyyə üzvü seçilib. 2017-ci il 02 oktyabr tarixindən bələdiyyə sədri vəzifəsində çalışır.
YAP-ın üzvüdür. Ailəlidir. 3 övlad atasıdır.