"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xəzər rayonu Qala bələdiyyəsi tərəfindən 2021-ci ildə görülmüş işlər, maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında HESABATI

--2022-01-24 / 13:25

Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmiş, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri olmuşdur.

Xəzər rayonu Qala bələdiyyəsi tərəfindən 17 bələdiyyə üzvlərinin iclası keçirilərək həmin iclaslarda müxtəlif məsələlər müzakirə olunmaqla hər biri haqqında müvafiq qaydada qanunvericiliyə uyğun 61 qərar qəbul edilmiş və icra olunmuşdur.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.

Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar Qala bələdiyyəsi də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olmuş, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.

2021-ci il xalqımızın həyatında müxtəlif hadisələrlə yadda qaldı. Dünya ictimaiyyətinin üzləşdiyi COVİD-19 pandemiyasının hazırda növbəti dalğası yaşanmaqdadır. Qala bələdiyyəsi tərəfindən “Azərbaycan Respublikası COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.

2021-ci ildə xalqımız və dövlətimiz üçün qürurverici hadisələrdə çoxdur. Qarşıdan gələn Yeni Təqvim ili 2022-ci ili Şuşa ili elan edilmişdir.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib. Real gəlir mənbələri müəyyənləşdirilib, onlara uyğun xərclər nəzərdə tutulub.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanıb

.Əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilirb, yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilib.

Vergilərin ödənilməsindən yayınanlara qarşı tərəfimizdən xəbərdarlıq tədbiri görməklə 103 nəfərdən 95 nəfəri vergiyə cəlb olunmuşdur. Qanunvericiliyə uyğun İcra şöbəsinə 4 şəxs barədə müraciət olunmuş, nəticədə bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.

Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

Bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində 2600 ev təsərrüfatı və 51 təsərrüfat subyektləri mövcuddur.

Göstərilən 2698 vergi ödəyiciləridən hesabat dövründə 534 ödəyici vergiyə cəlb olunmuşdur ki, bunlardan 176  nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülərdir, 140 nəfəri isə əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2–dən aşağı olanlardır

2021-ci il ərzində bələdiyyə büdcəsinə 64750 manat gəlir daxil olmuş, xərclər 64390 manat təşkil etmişdir.

Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq vergisindən-18023 manat, əmlak vergisindən - 42727 manat, dotasiyadan-4000 manat daxil olmuşdur.

Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin. Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə calışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına-24784 manat, DSMF-8142 manat, bələdiyyənin saxlanmasına- 9047 manat, sosial yardımlar üzrə ödənişlər- 900 manat, abadlıq, quruculuq təmir işlərinə 15762,kütəvi tədbirlərin keçirilməsinə- 5755 manat  xərclənmişdir.

Hesabat dövründə qəsəbədə bir çox abadlıq işləri aparılmaqla yanaşı Vətən müharibəsi şəhidi İbrahimli Adil Asəm oğlunun yaşadığı evin küçəsinə, Vətən müharibəsi qazisi İsgəndərli Taleh Asif oğlunun yaşadığı evin həyətinə, Xaşa-Xuna bağ massivində “Fantan” mağasının yanındakı küçəyə şebel tökülüb texnika vasitəsilə yayılaraq küçənin cari təmir olunmasına 1000 manat xərclənmişdir.

Vətən müharibəsi şəhidlərinin xatirəsinə 843 saylı Hərbi şəhərciklə üzbə-üz sahədə ucaldılmış Xatirə abidəsinə 5632 manat, xatirə abidəsinin ətrafının abadlaşdırılmasına və işıqlandırılmasına 1180 manat xərclənmişdir.

Yanğın təhlükəsizliyin təmin edilməsi məqsədilə yaz-yay mövsümündə ərazi məişət tullantılarından, quru otlardan və digər tez alışabilən tullantılardan təmizlənərək səliqə səhman yaradılmış, yaşayış ərazilərindən qrunt suları nasos vasitəsilə sovrulmuşdur.

Bələdiyyənin inzibati ərazisində ekoloji durum və yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir. Belə ki,Qala-Pirallahı yolunun sağ və sol tərəfində təmizlik işləri aparılmış, əkilmiş ağacların dibləri alaq otlarından təmizlənib, bellenib, yumşaldırılmış və gövdələri ağardılmışdır. Qəsəbədəki yeni əkilmiş ağaclara küləkdən qorunmaq üçün dayaq bərkidilərək onlara aqrotexniki qulluq göstərilmişdir. Ağaclar yay mövsümi ilə əlaqədar günaşırı suvarılmişdır.

“27 sentyabr “ Anım günü münasibətilə qəsəbədə ağacəkmə aksiyası keçirilmişdir.

Qala bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu diqqət mərkəzində saxlanılır. Belə ki, heabat dövründə vətəndaşlardan yazılı və şifahi 147 müraciət qeydə alınmışdır ki, həmin müraciətlər tərəfimizdən qanunvericiliyə uyğun vaxtında icra edilərək cavablandırılmışdır. Bundan əlavə bələdiyyəyə müxtəlif idarə və təşkilatlardan 2021-ci il ərzində 139 məktub daxil,116 məktub isə xaric olunmuşdur.

Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş məktublar, müraciətlər, sərəncamlar və digər sənədlər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyədə “qaynar xətt” (telefon 459-77-90) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər rəhbərliyə çatdırılır və tərəfimizdən həllinə müvafiq tədbirlər görülür.

Bayram və qeyri-iş günləri bələdiyyədə “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

“20 Yanvar” faciəsinin 31-ci ildönümü günü bələdiyyə üzvləri və işçiləri tərəfindən “Şəhidlər Xiyabanını” 2-ci Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilərək üzərinə qərənfil gülləri və Qala bələdiyyəsi adından xatirə əklili qoyulmuşdur.

27 sentyabr “Anım günü” ilə əlaqədar qəsəbədəki məsciddə tədbir keçirilərək şəhidlərin ruhuna , qazilərin isə can sağlığı üçün dualar edilmişdir.

Qala qəsəbəsindən olan Vətən müharibəsi şəhidləri Əliyev Asiman Vaqif oğlunun, Qasımov Ramiz Vaqif oğlunun, İbrahimli Adil Asəm oğlunun doğum günlərində onların məzarları ziyarət edilmiş və Qala bələdiyyəsi adından əklil, qızılgül çələngi və qərənfil gülləri qoyulmuşdur. Bundan əlavə Novruz bayramı günü Qala məzarlığında dəfn olunmuş Vətən müharibəsi şəhidləri Y.E.Yaqubzadənin, Ə.T.İbrahimovun, M.İ.Kamilovun, M.V.Vəliyevin və K.F.Hacızadənin məzarları ziyarət edilərək üzərinə qızılgül qoyulmuşdur.

Bələdiyyənin sosial müdafiə proqramına uyğun olaraq Vətən müharibəsi şəhidi Cabbarov Şahgündüz Habil oğlunun ailəsinə Novruz bayramında 50 manat dəyərində ərzaq yardımı edilmiş Qala qəsəbə sakini Əhədova Zümrüd Rəhim qızına dərman alınması üçün 100 manat, Vətən müharibəsi Qazisi İsgəndərli Taleh Asif oğluna 200 manat, Qala qəsəbə sakini 1ci qrup əlil Babayev Adil Nadir oğluna dərmanların alınması üçün 100 manat, məktəb ləvazımatının alınması üçün Ağahüseynov Ağahüseyn Şıxbala oğluna 50 manat, Təhməzova Xatirə Balasahib qızına 100 manat, Zeynalov Zaur Qurban oğluna 150 manat, Məmmədova İntizar Muxtar qızına 100 manat maddi yardım göstərilmişdir. Azərbaycan Uşaq Fonduna 50 manat məbləğində maliyyə dəstəyi göstərilmişdir.

Bundan əlavə qəsəbənin şəhid, qazi və aztəminatlı ailəsinə 35 Ramazan payı, 90 Qurban payı paylanmışdır.

Bələdiyyənin mədəni müdafiə proqramına uyğun olaraq Qala bələdiyyəsi “8 mart” Qadınlar bayramı günü tədbir keçirilmişdir. 31 mart soyqırım günü Mərdəkan qəsəbəsi 123 saylı məktəbin həyətində dəfn olunmuş 1918-ci ildə Bakının müdafiəsində iştirak etmiş türk əskərlərinin məzarları ziyarət edilərək gül çələngi qoyulmuşdur.

Qala bələdiyyəsi tərəfindən tikilmiş şəhidlərin Xatirə abidəsi önündə “8 Noyabr” Zəfər günü açılış tədbiri təşkil olunmuşdur.

Xəzər rayon Qala bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və.s vaistələrlə catdırır.

 Mahir Novruzov

Xəzər rayonu Qala bələdiyyəsinin sədri                                    

 

 

 

 

 

ŞƏRHLƏR