"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xətai bələdiyyəsinin üzvü Səbinə Abdullayevanın seçki hesabatı-(R)

--2019-12-03 / 13:39

Düz beş il bundan öncə, 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində seçicilərimizidən 36245 səs alaraq birinci pillədə yer tutub ikinci dəfə Xətai rayonun bələdiyyəsinə üzvü seçildim. Bələdiyyənin Sosial və Ekolaji Məsələlər Daimi komissiyasında 5 il müddətində fəaliyyətim barədə seçicilərimizə hesabat-məlumatı təqdim edirəm. Hər şeydən öncə bir vətəndaş və bələdiyyə üzvü kimi fəaliyyətimin əsasını dövlətimizin, prezidentimizin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyən mövqemi əsk etdirən layihələr tutdu. Özüm gənc qadın bələdiyyə üzvü olduğuma görə layihələrimin əsas hədəf qrupları gənclər, qadınlar və uşaqlar oldu. Həyata keçirdiyim ekaloji, sosial-mədəni, marifləndirici layihələr, sərgilər və eksursiyaların əsas məqsədi gənclərin, qadınların, uşaqların bilik və bacarıqlarının üzə çıxarılması,maarifləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, insan resurslarının inkişafına təkan vermək oldu. Həmin layihələri Sizə təqdim edirəm:

  1. “Heyvanlara qayğı uşaqların gözü ilə” ( layihənin məqsədi uşaqlarda heyvanlara, təbiətə qayğının, mərhəmətin artırılması. Bu layiədə 25 dən nəfərdən çox yaşı 5 dən-14 ə qədər uşaq tərəfimizdən serifikatlar və simvolik hədiyyələrlə mükafatlandırılıb)
  2. “İslam Həmrəyliyi və Multukultural Dəyərlər Tolerantlığın Əsasıdır” ( Xətai Sənət Mərkəzində həyata keçirilən bu layihədə 100 dən çox məktəblinin iştirakını təşkil etmişəm)
  3. “İstiqlaliyyətimiz Əbədidir”( Cümhuriyyət İli çərçivəsində 25 nəfər Xətai məktəblisinin İstiqlaliyyət Muzeyinə eksursiyasını təşkil etmişəm)
  4. “Azərbaycan Xalq Cümhuriyyət Ənənələrinin qorunmasında qadınların rolu; Tarixilik və Müasirlik” ( Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının binasında müxtəlif sahələrdə çalışan 30 dan çox ictimai fəal qadınlarımızı bu layihədə iştirakını təşkil etmişəm)
  5. “Özgə uşağı olmur” ( Azərbaycan Bələdiyyələrində təmsil olunan bir sıra bələdiyyə üzv, sədr, muavin qadınlar və könüllü gənclərlə birgə uşaq sığınacaqlarına ziyarətlər təşkil etmişəm)
  6. “Uşaqlara qayğı dünyanın xilası” ( 1 İyun Beynəlxalq Uşaqlar Günü münasibəti ilə qazi, şəhid və eləcə də az təminatlı ailələrdən olan 30 dan çox uşağa zəruri məktəb ləvazimatlarının alınmasını təmin etmişəm)

“Ədəbi Niyyət( Nəsimi İli çərçivəsində Azərbaycan Yazıçılar Birliyində 26 nəfər məktəblini gənc şair və yazarlarla görüşünü təşkil etmişəm)

  1. Yerli və əcnəbi tələbələr və gənclərlə birgə, bölgələrimizn birində 200 yaxın şagirdə sovqat kompanyasına dəstək olmuşam

     Tədbrilərimizdə bir sıra QHT lər ilə əməkdaşlıq etmişəm. Layihələrimi, təşəbbüslərimi Bələdiyyə. info və digər xəbər saytlarında, televiziyada işıqlandırmışam. Dövlətimizin, prezidentimizin yürütdüyü uğurlu islahatları sosial şəbəkə vasitəsi ilə təbliğində aktiv iştirak etmişəm. Qarabağ həqiqətlərinin, şəhidlərimizin, qazilərimizin tanidilması yönümdə sosial şəbəkələrdə paylaşımlarda bulunmuşam. Layihələrimə hər zaman dəstək olan Xətai rayon İcra hakimiyyətinə, Xətai Rayon Bələdiyyəsinə, Xətai rayon Gənclər və İdman İdarəsinə öz dərin minnətdarlığımı bildirirəm.

Bələdiyyə üzvü kimi iştirak etdiyim Beynəlxalq və regional konfranslar:

  • Türk Dünyası Bələdiyyələr Birliyi və TİKA nın birgə təşkilatçılığı ilə 7 ölkənin ( Azərbaycan, Kazaxıstan, Tatarıstan,Bosnia və Hersoqoviniya, Moldova, Monqolustan,Makedoniya) bələdiyyə təmsilçiləri qadınlarla birgə Türkiyədə “Yerel Yönətimlərdə Qadın və Ailə Çalışmaları Uzman Eğitimi” proqramında iştirak edərək sertifikat əldə etmişəm.
  • Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) təşkilatçılığı ilə Cənubi Qafqazda Yaxşı Yerli Özünüidarəetmə proqramı çərçivəsində Gürcüstanda Gender məsələlərinə həsr olunmuş regional konfransda iştirak etmişəm.

 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyyasının təlimlərinin, həmçinin Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Almaniya Beynəlxaq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə paytaxt Bakıda və Şəmkirdə həyata keçirdikləri bir sıra təlim və tədbirlərin iştirakçısı olmuşam.

Özfəaliyyətimlə yanaşı ölkəmizdə və rayonumuzda həyata keçirilən bir çox tədbirlərdə həvəslə iştirak etmişəm. Amma bu tədbirlər arasında mənim üçün ən yadda qalanı cənab prezident İlham Əliyevin və Vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə olan Azərbaycan Xalq Cümhuriyyətimizin 100 illiyinə həsr olunan möhtəşəm konsert tədbri və rayonumuzda 10 minlərlə insanın qoşulduğu, yeni salınan Gənclik parkındakı “ Təbiət naminə birləş,Həyat naminə Birləş!”, adlı ağacəkmə kampaniyası olmuşdur.

Bütün bu fəxarəti yaşadığma görə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla daha güclü inkişafa yönləndirilən Azərbaycan Dövlətimə minnətdaram. Mən yeni və güclü azərbaycanın vətəndaşı olmaqdan qürur duyuram. Hər zaman dövlətimizə xalqımıza, seçicilərimizə vicdanla,ləyaqətlə xidmət etmək üçün hazıram!

 

ŞƏRHLƏR