"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xarici qonaqlar bələdiyyənin resurs mərkəzində olublar

--2016-06-02 / 20:16

Avropa İttifaqı “HOME-Mənzil Sektorunda islahatlara doğru Azərbaycan, Belarus, Moldova, Gürcüstan və Ukraynada Mənzil Mülkiyyətçilərinin potensialının artırılması” layihəsi çərçivəsində “Şərqi Avropada Mənzil Təsərrüfatı” təşəbbüskarları Qeyri-Hökümət Təşkilatının təşkilatçılığı ilə Şərqi Avropa ölkələrindən olan 30-dan çox şəxsin iştirak etdiyi nümayəndə heyəti Binəqədi rayonunda səfərdə olublar. Səfər çərçivəsində nümayəndə heyəti Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi 19, 20 və 21 saylı binaların həyətində yerləşən, Binəqədi bələdiyyəsinin nəzdində fəaliyyət göstərən Mənzil İdarəçiliyi Resurs İnformasiya Mərkəzində olmuş və Mərkəzdə görülən işlər barəsində qonaqlara ətraflı məlumat verilmişdir. Mərkəzin fəaliyyət istiqamətləri, əhali ilə apardığı görüşlər və nəticələri haqqında qonaqları maraqlandıran suallar cavablandırılıb. Binəqədi bələdiyyəsinin yayadığı məlumata görə,  nümayəndə heyəti Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi 91 saylı ünvanda yerləşən “Binəqədi 1” MMMC–də olmuş görülən işlərlə və gələcək planları ilə maraqlanıblar.

Daha sonra qonaqlar tanışlıq məqsədilə Heydər Əliyev adına istirahət parkını gəzmiş, parkda yerləşən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası ilə tanış olmuş, xatirə şəkli çəkdirmişlər.

Sonda nümayəndə heyətinin şərəfinə şam yeməyi təşkil olunmuşdur. Səmimi keçən görüşdən razı qalan qonaqlar onlara göstərilən diqqət və qayğıya görə Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi bələdiyyəsinə təşəkkürlərini bildiriblər.

Belediyye.info

ŞƏRHLƏR