"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xanım bələdiyyə üzvü üçün özəl gün

--2020-07-27 / 13:56

Xəzər rayonu Mərdəkan bələdiyyəsinin üzvü, bələdiyyənin sədr müavini Sevil xanım Mansurova üçün özəl gündür. Belə ki, xanım bələdiyyə üzvünün 70 yaşı tamam olur. 

Gəlin iyirmi ildən artıq bir müddətdə Mərdəkan bələdiyyəsinin sdər müavini işləyən S.Mansurovanın həyat bioqrafıyasına birgə nəzər salaq:

- Mansurova Sevil Sabir qızı 28 iyul 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə 156 №li orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Pedoqoji İnstitutuna daxil olmuş, 1974-cü ildə insitutu bitirmişdir.  1975-ci il Mərdəkan qəsəbəsindəki 183 №li orta məktəbdə fizika müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 40 illik əmək stajına və “Əmək Veteranı” statusuna malikdir. 

1999-cu il, 2004-cü il, 2009-cu il, 2014-cü il, 2019-cu il, Mərdəkan bələdiyyəsi üzrə keçirilən seçkilərdə iştirak etmişdir. Hər dörd seçkidə bələdiyyəyə üzv seçilmişdir. Bələdiyyənin ilk iclaslarında səs çoxluğu ilə Mərdəkan bələdiyyə sədrinin müavini seçilmişdir.

2007-ci ildə Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının Məclis üzvü, 2012-ci ildə isə, Xəzər rayonu üzrə Bələdiyyə Həmkarlar Komitəsinin sədri seçilmişdir.

"Qadınlar bələdiyyələrin inkişafı uğrunda” Assosiasiyasının idarə heyətinin üzvüdür.

Azərbaycan Respublikası Bələdiyyə Qulluqçularının Həmkarlar İttifaqının “Bələdiyyə işinin təşkilində və həmkarlar təşkilatının formalaşmasında” iştirakı ilə fərqləndiyinə görə, “Fəxri Fərman və “Bələdiyyə Döş Nişanı”ilə təltif olmuşdur. Xəzər rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərman ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubov tərəfindən ictimai şuranın sədri kimi fəaliyyəti ilə əlaqədar Fəxri Fərmanla və digər Fəxri Fərmanlarla təltif olunmuşdur. 2008-ci ildən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycan üzrə nümayəndə heyətinin üzvüdür.

13-16 oktyabr 2008-ci il tarixlərdə Avropa İttifaqı Ardıcıl İnkişaf Komitəsinin Fransanın Strasburq şəhərində təşkil etdiyi konqresdə nümayəndə kimi iştirak etmişdir. 28 Fevral-06 Mart 2009-cu il tarixlərdə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 16-cı sessiyasında iştirak etmişdir.

26-28 Oktyabr 2010-cu il tarixlərdə 19-cu Plenar Sessiyasında iştirak etmişdir.

 2010-cu ilin yayında İspaniyanın Madrid şəhərində keçirilmiş “Nüfuz və keyfiyyətə görə” konqresdə Mərdəkan bələdiyyəsi adından çıxış etmiş və bələdiyyə “Qızıl medal” , “Beynəlxalq Priz” və “Diplom”la təltif olunmuşdur.

P.S. Belediyye.info  olaraq yublyarı təbrik edir, sağlıqlı illərlə bələdiyyə sisteminə daha çox töhvə verməyi arzu edirik

ŞƏRHLƏR