"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xanım bələdiyyə üzvü "Fəxri Fərman"la təltif edilib

--2021-02-19 / 16:19

Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin sədr müavini Mətanət Nəsibova Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin “Fəxri Fərmanı” ilə təltif edilib.

Dövlət Xidmətnin rəisi, general-leytenant Arzu Rəhimovun imzaladığı “Fəxri Fərman” bələdiyyənin sədr müavini M.Nəsibova “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələriylə komplektkləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına köməklik göstərdiyinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə” təltif edilib.

Qeyd edək ki,  2005-ci ildən bələdiyyə qullquçusu kimi fəaliyyətə başlayan M.Nəsibova növbəti bələdiyyə seçkilərində bələdiyyə üzvü və bələdiyyənin sədr müavini vəzifəsinə seçilib.

Əlavə edək ki, gənc və perspektivli bələdiyyə üzvü olan M.Nəsibova qəsəbə ərazisində bir sıra ciddi layihələrin müəllifidir.

Belediyye.info 

ŞƏRHLƏR