"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaçmaz regional ədliyyə idarəsi Quba və Qusar şəhərində seminar keçirib

--2019-03-13 / 13:22

Xaçmaz regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Quba rayonunun bələdiyyələrinin 54 üzv və qulluqçuları ilə bələdiyyələrin maarifləndirilməsi məqsədilə Xaçmaz regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə Quba şəhərində seminar müşavirə keçirilib.

Seminarda “Yerli özünüidarəetmədə etik davranış, bələdiyyə qulluğuna qəbul prosesində şəffavlığın təmin edilməsi, Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması, Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı, bələdiyyə torpaqlarının mühafizəsi, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, qəbirstanlıqların saxlanması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.

 ***

Xaçmaz regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Qusar rayonunun bələdiyyələrinin 42 üzv və qulluqçuları ilə bələdiyyələrin maarifləndirilməsi məqsədilə Xaçmaz regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə Qusar şəhərində seminar müşavirə keçirilib.

Seminarda “Yerli özünüidarəetmədə etik davranış, bələdiyyə qulluğuna qəbul prosesində şəffavlığın təmin edilməsi, Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması, Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı, bələdiyyə torpaqlarının mühafizəsi, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, qəbirstanlıqların saxlanması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Belediyye.info

ŞƏRHLƏR