"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaçmaz rayonu Xudat bələdiyyəsinin 2022-ci ilin altı aylıq fəaliyyəti barədə HESABATI

--2022-08-05 / 13:04

Ölkəmizdə aparılan sosial-iqtisadi inkişaf prossesində bələdiyyələr yaxından iştirak edərək həyatı vacib məsələlərin həllində,əhalinin sosial müdafiəsinin gücləndirilməsində bələdiyyə-vətəndaş münasibətlərinin formalaşdırılmasında bələdiyyələr üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirilməsində fəal iştirak edirlər.

Xudat bələdiyyəsi də öz fəaliyyətində “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının qanununa və digər normativ hüquqi aktlara əsasən öz işini qurur.

Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinə uyğun olaraq bələdiyyənin öz fəaliyyətini iclaslar və daimi komissiyalar vasitəsilə həyata keçirir.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən bələdiyyələrin iclasları ayda 1 dəfədən az olmayaraq bələdiyyə sədri tərəfindən çağırılır.

2022-ci ilin altı ayı ərzində bələdiyyənin 9 iclası keçirilmiş, həmin iclaslarda bələdiyyə fəaliyyətinə aid 29 məsələ müzakirə olunmuş və qərar qəbul edilmişdir.

2022-ci ilin altı ayı ərzində bələdiyyənin yerli büdcəsi Azərbaycan Respublikasının “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna uyğun formalaşdırılmışdır.

2022-ci ildə smeta üzrə bələdiyyənin yerli büdcəsinin gəlir hissəsi altı ay ərizində 83552 manat olmuşdur.

     Bu əsasən:

-        fiziki şəxslərdən torpaq vergisi üzrə - 3392 manat,

-   fiziki şəxslərdən əmlak vergisi üzrə - 10135 manat

-        bələdiyyə əmlakının özgəninkiləşdirilməsi -68200 manat

         -   Digər gəlirlər – 1825 manat,

         Hesabat ilində bələdiyyənin yerli büdcəsinin xərcləri 81663 manat olmuşdur.

                     O,cümlədən:

-        3-cü şöbə ərazisində Qazi və şəhid atası Hüseynov Babək Rasim oğlu və   Mirzəyev Eyvaz İsmayıl oğlu üçün tikilmiş evlərə yol çəkilişinə-1495 manat,

-        Xudat şəhəri 3-cü şöbə yeni yaşayış massivi,Mərkəzi Malikanə,4-cü şöbə,1-ci şöbə və Gənclik küçəsində yol təmirinə - 4939,25 manat,

 

-        Ailə başçısını itirmiş imkansız Məmmədova Nuranə Ağagül qızına 1 maşın odunun verilməsi – 345 manat,

-        Xudat şəhərində şəhidlərin xatirəsini əbədləşdirmək məqsədilə Xudat şəhəri 2-ci şöbə ərazisində Şəhidlər bulağı abidə kompleksinin tikilməsinə     - 37250 manat,

-        Xudat şəhəri K.Zavod qəsəbəsində su xəttinin çəkilişi -1934 manat,

-        1-ci şöbə ərazisində əhalini içməli su ilə təmin edən su matorunun enerji haqqı-428 manat,

-        Xudat şəhəri Mərkəzi Malikanədə yaşayan maddi durumu ağır olan,imkansız Abdullayeva Solmaz Muxtar qızının müalicəsi üçün maddi yardımın verilməsi - 200 manat,

-        Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş futbol üzrə rayon birinciliyində Xudat futbol komandasının iştirak etməsi üçün üzvlük haqqının köçürülməsinə -200 manat,

   Xudat şəhəri 2-ci şöbə ərazisində tikilmiş “Şəhidlər bulağı” abidə kompleksinin ətrafının asfaltlanmasına -2721 manat,

-        Ali məktəblərdə təhsil alan üç tələbənin təqaüdlərinin ödənilməsi- 750 manat,

-        Rabitə xidmətlərinin ödənilməsi – 177 manat,

-        Audit xidmətlərinin ödənilməsi _1200 manat,

-        “Bələdiyyə info” -100 manat,

-        Təbii qazın dəyəri – 631 manat,

-        Həyat sığortası - 76 manat,

-        Bank xidmətləri - 371 manat,  

-        Əmək haqqı   - 18480 manat,

-        DSMF-məcburi dövlət sosial sığorta haqqı - 3397 manat,

-        AŞMBA-na üzvlük haqqı - 500 manat,

Torpaq sahəsinin satışının sənədləşdirilməsi üzrə reyestr xidmətləri -1425 manat,

-        Dövlət rüsumu -1645 manat,

Onlayn bank xidməti 3% - 2505 manat,

-        Qəzet abunəsi – 120 manat,

-        İcbari tibbi sığorta haqları -357 manat,

-        -Kompüterlərə servis xidməti -237 manat,

-        Əvvəlcədən avans alınmış torpaq haqqı vətəndaşa qaytarılıb -180 manat,

Hesabat ilində bələdiyyədə vətəndaşların qəbulu,onların ərizəsi və şikayətlərə baxılması “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” Azərbaycan Respublikası qanununa, “Dövlət hakimiyyəti orqanlarında təklif,ərizə və şikayətlər üzrə kargüzarlığın aparılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilmişdir.Hesabat ilində bələdiyyənin sədri və müavini tərəfindən 120 vətəndaş qəbul edilmişdir.Vətəndaşlardan 66 yazılı ərizə və şikayət daxil olmuşdur.Bələdiyyəyə daxil olmuş ərizə və şikayətlərə yazılı və şifahi cavab verilmişdir.

2022-ci ilin altı ayı ərzində bələdiyyədən 249 məktub göndərilmişdir.

Bələdiyyə üzrə 2022-ci ilin altı ayı ərzində 13 sərəncam, 6 əmr verilmişdir.Bələdiyyəmizdə hal-hazırda 8 nəfər işçi çalışır.İşçilərdən 2 nəfər bələdiyyə üzvü,digərləri isə bələdiyyənin icra aparatında və təsərrüfat sahəsində fəaliyyət göstərir.

Bələdiyyələrin daha yaxşı işləməsi üçün bələdiyyə vətəndaş həmrəyliyi vacib amildir.

Elman Allahyarov Xudat bələdiyyəsinin sədri                                                                            

 

ŞƏRHLƏR