"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaçmaz bələdiyyəsində hansı səbəbdən sədr dəyişikliyi baş verib?

--2021-07-30 / 04:57

Xaçmaz bələdiyyəsinin sədri Tural İbrahimovun bir müddət əvvəl istefa verdiyi bildirilir. Qeyd edək ki, T.İbrahimov ilk dəfə olaraq 2019-cu ilin dekabrında keçirilən seçkilərdə bələdiyyə üzvü, 2020-ci ilin yanvarında isə sədr vəzifəsinə seçilmişdi. Belediyye.infoya T.İbrahimovun hansı səbəbdən istefa verməsi bəlli deyil.

Ancaq bir sıra media orqanlarında onun barəsində hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparıldığı qeyd edilir. 

Bələdiyyə iclası sədrin istefasını qəbul edərək bələdiyyə üzvü olan, həm də bələdiyyənin baş mühasibi vəzifəsində çalışan Tural Məlikov bələdiyyənin yeni sədri vəzifəsinə seçib.

Əlavə edək ki, Tural Məlikov 1989-cu ildə anadan olub, Ali təhsilini Mahaçqala şəhərindəki ali məktəblərin birində almışdır.

T.Məlikov əmək fəaliyyətinə 2018-ci ildə Xaçmaz bələdiyyəsində mühasib kimi başladığı deyilir.

(Mövzunu diqqətdə saxlayacağıq)

Belediyye.info

https://7times.az/xacmazda-belediyye-sedri-vezifeden-uzaqlasdi

 

ŞƏRHLƏR