"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaçmaz bələdiyyəsində bayram tədbiri keçirilib

--2019-03-07 / 19:06

Bu gün Xaçmaz şəhər bələdiyyəsində 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib. Görüşdə Xaçmaz bələdiyyəsinin üzvləri və qulluqçuları iştirak edib.

Görüşdə çıxış edən sədr Mahir Fətəliyev bildirib ki, 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Tarixdən də məlumdur ki, Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb. Bu gün Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günü kimi qeyd edilir.

Ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından danışan sədr Mahir Fətəliyev bələdiyyənin qadın üzvlərini və qulluqçularını 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etmiş, qadınlara möhkəm can sağlığı və işlərində uğurlar arzu etmişdir.

Görüş çay süfrəsi arxasında davam etdirilib.

Belediyye.info

 

ŞƏRHLƏR