"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaçmaz bələdiyyəsi şəhərin abadlaşdırılmasında fəal iştirak edib

--2019-02-13 / 06:52

Xaçmaz bələdiyyəsi şəhərin abadlaşdırılmasındafəal iştirak edib

Hər il olduğu kimi Xaçmaz bələdiyyəsi fəaliyyətini Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, bələdiyyələrlə bağlı Azərbaycan qanunvericiyinə, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayevin tövsiyələrinə və bələdiyyənin 2018-ci il İş planına uyğun həyata keçirmişdir.

Bələdiyyəmizin  20  iclası keçirilmiş, baxılan məsələlərə dair  95 qərar qəbul edilmişdir. Humanitar və sosial sahə ilə yanaşı Xaçmaz şəhər ərazisinin təmizliyinə daimi nəzarət günün ən vacib məsələlərindən biri olmuşdur.

Mövcud qanunvericiliyə və təsdiq edilmiş İş planına əsasən hər ay bələdiyyəmizin ümumi iclasları keçirilmiş, baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Baxılmış məsələlər arasında sosial-maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, Xaçmaz şəhər sakinlərinin imkanlarımız daxilində müraciətlərini nəzərə alaraq küçə divarlarının suvaqlanması, rənglənməsi, bəzək işləri və təmir işləri görülmüşdür.  

Xaçmaz bələdiyyəsi öz fəaliyyətində bu mühüm amilləri əsas götürərək şəhərin yeni inkişaf və quruculuq planlarına uyğun şəkildə abadlaşdırılması sahəsində fəal iştirak etmişdir.

Xaçmaz şəhərinin 61-ci kvartalında yollara çınqıl daşının tökülməsi, Ziya Bünyadov küçəsindən Qaraçı yeni yaşayış massivinədək olan bütün yollara çınqıl daşının tökülüb qreyderlə hamarlanması işləri görülmüşdür.

H.Z.Tağıyev küçəsi, Bakı prospektindən H.Əliyev prospektinədək divarların aqlay və üzlüklərin dəyişdirilməsi, tamet daşlarının dəyişdirilməsi və yol ətrafında olan ağacların gövdələri əhənglə ağardılmış, quru budaqlar kəsilmiş, səkilər rənglənmişdir. Mobilstansiyanın arxa hissəsində yollara şebel daşı döşənməsi, qreyderlə hamarlanması işləri görülmüşdür. Qış mövsümünün gəlməsi ilə əlaqədar Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 saylı tam orta məktəbin rəhbərliyi rəsmi olaraq bələdiyyəyə müraciət edərək məktəbin istiliklə təmin olunması məqsədilə odun alınmasını xahiş etmişdir. Bununla əlaqədar Xaçmaz 5 saylı tam orta məktəbin sinif otaqlarının istiliklə təmin etmək üçün yanacaq odun göndərilmişdir.

Xaçmaz rayonu Rus icması ictimai birliyi rus qəbiristanlığının abadlaşdırılması üçün məktubla bələdiyyəyə müraciət etmişdir. Qəbiristanlıq ərazisində abadlıq işlərinin görülmüşdür.

Qaraçı yeni yaşayış massivi adlanan ərazidə sel sularının axması nəticəsində su arxları dolmuşdur. Çirkab sularının yola axması nəticəsində yolda su gölməçələri əmələ gəlmişdir. Ərazidə olan yola çay çınqılı tökülərək hamarlanmış və su arxlarına böyük həcmli su borularının qoyulması təmin edilmişdir. Xaçmaz şəhəri Dəmir yolunun alt hissəsində yerləşən 266 hektar ərazisi, 2300 təsərrüfatı, 16000 nəfərdən yuxarı olan əhalisi və 60 küçəsi olan ərazinin zibilliyinin təmizlənməsi və toplanması, daşınması işləri il boyu təmin olunmuşdur.

Hər zaman olduğu kimi, vətəndaşların qəbulu və müraciətlərinə baxılmasına xüsusi diqqət verilmişdir. Belə ki, ötən il bələdiyyəmizdə 496 vətəndaş müraciətinə baxılmışdır.

Bələdiyyəmizə Rayon İcra Hakimiyyətindən, müxtəlif məhkəmə instansiyalarından, eyni zamanda ayrı-ayrı cəmiyyət və təşkilatlardan 381 məktub daxil olmuş, o cümlədən tərəfimizdən 684 məktub göndərilmişdir.

Vətəndaşların müraciətlərinin cavablandırılması məqsədilə xüsusi nömrəli əlaqə telefon xətti fəaliyyət göstərir.

Bütün bunlarla yanaşı bələdiyyə büdcəsinin formalaşmasında əmlak və torpaq vergilərinin toplanması istiqamətində çox ciddi çətinliklərimiz var. Bununla bağlı sakinlərlə mütəmadi görüşlər təşkil olunur, maarifləndirmə və qeydiyyata alınma prosesində mühüm işlər görülür. Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə maddi cəhətdən imkansız ailələrə 4525 manat maddi yardım verilmişdir.

Xaçmazlılar 2018-ci ildə öz əksini tapmamış nöqsanların aradan qaldırılması üçün 2019-cu ildə daha yaxşı işləmək üçün Xaçmaz bələdiyyəsinin adından söz verir və öz fəaliyyətimizi Azərbaycan Respublikası Qanunları üzərimizə qoyduğu və Xaçmaz RİH baçısının tövsiyyəsi və seçicilərimizin tələblərini nəzərə alaraq bütün qüvvəmizi səfərbər edərək öhdəsindən gəlməyə çalışacayıq.

Xaçmaz şəhəri gündən-günə gözəlləşir. Şəhərin təmiz qalmasında, parkların, fontanların, tarixi abidələrin qorunub saxlanmasında, təmirində, daha geniş layihələrin həyata keçirilməsində Xaçmaz bələdiyyəsinin əzmlə işləməsi üçün əmlak və torpaq vergilərinin vaxtında ödənilməsinin təmin olunmasında yaxından köməklik göstərməyinizi xahiş edirik!

    Mahir FƏTƏLİYEV,

Xaçmaz bələdiyyəsinin sədri.

P.S. Xaçmaz bələdiyyəsinin hesabatını Belediyye.infoya "Xaçmaz" qəzetinin əməkdaşı Gülxar Rəhimli təqdim edib.

ŞƏRHLƏR