"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vüqar Həsənov: “Bələdiyyənin mülkiyyətinə bu günədək nə əmlak, nə də torpaq verilib”

--2022-06-24 / 20:40

“Bələdiyyə olaraq “koronavirus pandomiyası”nın çətin və gərgin günlərini uğurla yola verdiyimizdən son iki ildəki fəaliyyətimizdən razıyıq”- bu fikirləri Belediyye.infoya Şəmkir bələdiyyəsinin sədri Vüqar Həsənov bildirib.

Sədrin sözlərinə görə, icra-bələdiyyə münasibətləri sıx münasibət üzərində qurulub və qanunvericiliklə tənzimlənir.

“Bələdiyyə qulluqçularının sosial məişət qayğıları öz həllini necə tapıb”- sualına sədr bildirıb ki, bələdiyyə qulluqçularının əmək haqları vaxtlı-vaxtında verilir, respublika əhəmiyyətli bayramlarda həvəsləndirici mukafatlar yazılır, sosial məişət qayğıları ilə yaxından tanış olur və müəyyən köməkliklər olunur.

Hazırda Şəmkir bələdiyyəsinin əsas büdcə gəlirlərinin yerli vergi ödənişlərindən və icarə haqlarından formalaşır.

Bələdiyyəyə mülkiyyətə heç bir torpaq və əmlakın bu günədək verilmədiyini qeyd edən sədr bildirib ki, bələdiyyə büdcəsində əmlak və torpaq vergisinin həcmini artırmaq üçün bələdiyyənin Vergi Xidməti orqanı yerli vergi ödəyiciləri ilə həmişə görüşlər təşkil edir, vergilərin yığılmasında onların iştirakını təmin edir. 2022-ci ilin və 2021-ci ilin müvfiq dövrünə müqaisədə yerli vergi ödəyicilərinin ödənişlərinin artımı nəzərə çarpacaq qədərdir.

Belediyye.info

ŞƏRHLƏR