"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vətənimizin hər qarış torpağı qədim mədəniyyət abidələri ilə zəngindir

--2019-09-11 / 06:44

Vətənimizin hər qarış torpağı qədim mədəniyyət abidələri ilə zəngindir.Elə bir rayonumuz və ya bölgəmiz yoxdur ki,orada tarixi-memarlıq abidələri olmasın.Bu abidələrin hər biri özzündə bir tarixi əks etdirir.lakin təsüflər olsun ki,belə abidələr baxımsızlıq ucubatından zaman-zaman tarix səhnəsindən silinməyə başlıyır.Sovet dövründə bu abidələrə bir növ biganəlik var idi ,çünki,bu abidələr onların yox bizim irsimizi özündə daşıyırdı.Lakin Azərbaycan müstəqlillik qzaznandan sonra cənab prezidentimizin sərəncamı üzrə üzümüzə açılan arxivlər bizə bu abidələr haqqında araşıdırtma aparmağa imkan yaradır.İndi bu tarixi-memarlıq abidələrin sahibi bizik və gərək onu öz göz bəbəyimiz kimi qoruyaq.Son günlərdə dövlət başçımızın imzaladığı bir sərancamla Mədəniyyət Nazirliyi qədim0tarixi abidələrimizin qorunması və muhafizəsi yğnümündə addımlara start verir və buna son günlərdə Yardımlı rayonunda aparılan arxeoloji qazıntılar sübutdur.lakin nədənsə bu cür layihələr və arxeoloji qazıntyılar cənub bölgəsinin qədim mədəniyyət beşiyi olan Lerik rayonu qədim tarixi abidələrindən yan keçir.Çox yaxşı olardı ki,bu qzıntılar alerik rayonu ərazisində də aparılsın və bu abidələr turizmin inklişafgı üçün xarici turistlərin üzünə açılsın.Belə abidələrə aşağıdakı türbələri misal göstərmək olar.

1.BOBO HƏSƏN TÜRBƏSİ. (Coni kəndi).Baba Həsən türbəsi yerli əhəmiyyətlidir.Türbənin tikilmə tarixi XVI-XVII əsrlərə təsadüf edir.Baba Həsən türbəsi Lerik rayonunun Coni kəndindən 1 km aralıda yerləşir.Bundan əlavə Baba Həsən türbəsinin həyətində Orta əsrlərə aid qədim qəbirisanlıq mövcuddur və bu qəbiristanlğıın həyətində 4 daş qoş fiquru var.Məşədixanım Nemətovə ərəbcə “şeyx”,”həzrət”,farsca”pir”,azər-baycanca “bab” ləqəblərinin orta əsrlərdə müsəlman ölkələrində,ruhanilərə,alimlərə və təriqət başçılarına verildiyini qeyd edir.Lerik rayonu ərazisində mövcud olan dini tarixi abidələrin “bab” ləqəbli şəxslərin adları ilə bağlıdır.Şəkil.Bobo (Baba)Həsən türbəsi.Leri rayonu Coni kəndi.

2.Bobo(Baba)Peyda türbəsi.(Ordaxal kəndi).Baba Peyda türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir və Lerik rayonnun Ordaxal kəndi ərazisində yerləşir.Baba Peyda türbəsinin invertar nömrəsi 4767,sistem kodu isə AJA004569-dur.

3.Bobo(Baba)İsa türbəsi(Mondigah kəndi).Baba İsa türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir və Lerik rayonunun Mondigah kəndi ərazisində yerləşir.Türbənin tikilmə tarixi XVII əsrə təsadüf edir. Abidənin invertar nömrəsi 4768,sistem kodu isə AJA004570-dir.

4.Bobo(Baba)Məhəmməd türbəsi(Coni kəndi).Baba Məhəmməd türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir və Lerik rayonunun Coni kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi 4769,sistem kodu isə AJA004571-dir.

5.Bobo(Baba) Məhəmməd türbəsi(Soru kəndi).Baba Məhəmməd türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir və Lerik rayonunun Soru kəndi ərazisndə yerləşir.Abidənin invertar nömrəsi 4772,sistem kodu isə AJA004574-dür.

6.Bobo(Baba)Həsən türbəsi(Soru kəndi).Baba Həsən türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir və Lerik rayonunun Soru kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi 4773,sistem kodu isə AJA004575-dir.

7.Bobogil(Babagil) türbəsi(Andurma kəndi).Bobogil türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir və Lerik rayonunun Andurma kəndi ərazisində yerləşir Türbənin tarixi XVIII əsrə təsadüf edir.Abidənin invertar nömrəsi 4775,sistem kodu isə AJA004577-dir.

8.Bobo (Baba)Peyda türbəsi(Orand kəndi).Baba Peyda türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir və Lerik rayonunun Orand kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi 4778,sistem kodu isə AJA004580-dir.

9.Bobo(Baba)türbəsi(Babagil kəndi).Baba türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir və Lerik rayonunun Babagil kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi 4789,sistem kodu isə AJA004591-dir.

10.Baxı Ziyad türbəsi(Həzovi kəndi).Şeyx Ziyad türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir.Türbə Lerik rayonun Razqov kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi 4782,sistem kodu isə AJA004584-dür.

11.Bobo(Baba) ocağı(Pirzarə-ağlayan qoca)(Pirzarə kəndi).Pirzarə ocağı yerli əhəmityyətlidir və Lerik rayonunun Pirzarə kəndi ərazisində,məscidin nəzdində yerləşir.Perzarə məscidinin axundunun dediklərinə görə hələ XIV əsrdə Perzarə adlı seyid İranın Mazandaran vilayətinin Mis-tan kəndindən buraya köç edib gəlmiş və məhz bu ərazdə məskunlaşmışdır.Belə ki,bu qoca həmişə ağlayarmış və elə ona görə də el arasında ona farsca “Pir zarə” ağlayan qoca demişlər.Məhərrəm aylarında həm Mistan,həm də Perzarə kəndinin camaatı bu ocağı ziyarət edir və imam Hüseyn ehsanı verirlər.Bu ocağın tikilməsində həm maddi,həm də mənəvi olaraq kənd Əliyev Ağaddin Məmi oğlunun böyük köməkliyi olmuşdur.Belə ki,Əliyev Ağəddin Məmi oğlu öz dövrünün çox tannınmış ağsaqqallarından olmuş və zaman-zaman kənd camaatının bütün çətinliklərində onlara arxa durmuşdur.

12.Cındır türbəsi(Davardibi kəndi).Cındır türbəsiyerli əhəmiyyətli memarlıq abidəsidir.Türbənin tikilmə tarixi XVIII əsrə təsadüf edir.Cındır türbəsi Lerik ratonunun Davardibi kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi 4784,sistem kodu isə AJA004586-dır.

13.Çilkonə türbəsi.(Cəngəmiran kəndi).Çilkonə türbəsi yerli əhəmiyyətli ziyarətgahdır və Lerik rayonunun Cəngəmiran kəndi ərazisində yerləşir.Bu ocaq kəndin “pendi” məhəlləsində yerləşir.Əvvəllər burada kənd olub və bunu qəbir yerləri sübut ediur.Ocağın tarixçəsi belədir.Belə ki, kənd sakini Rahil Babayev bir gecə yuxuda görür ki,yaşadığı həyətin evində ocaq tikir.Ona məsləhət görürlər ki,nəzir-niyaz versin,evində təkyə qoysun.Günlərin bir günündə isə Rahil usta alətlərini götürüb Çiləkon ocağına gedir.O buranı abadlaşdırır,su çeşməsini açır,ərazini kol-kosdan təmizləyir,evində də təkyə qoyur.Bununla kifayətlənməyən Rahil Babayev çoxəsirlik azat aağaclarının ətrafını qaydaya salır.Özünün madi ehtiyacı olsa da ,Rahil Babayev ocağa ziyarətə gəlib şəfa tapanlar üçün bir otaq tikib.Qədim gil qırıntıları iri daşların üzərinə yığıb,ocağın ətfarını dəmir hasara alıb,dəmir qapı asıb.Qədim ocağın kəramət ,şəfaedici gücü nəfir.Kənd adamları deyirlər ki,əlində,barmaqlarında ziyili olan adamlar ocağın torpaqğından bir qədər götürüb isladır və ziyilin üstünə sürtürlər.Torpağın bir hissəsini də ocaq daşlarının üzərinə qoyurlar.Beləliklə də çox çəkmir ki.ziyil yox olub gedir.(Bax-səh-238).

14.Çakara türbəsi(Ozobijon kəndi).Çakara türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir.Türbənin tikilmə tarixi XIX əsrə təsadüf edir.Çakara türbəsi Lerik rayonunun Ozobijon(“Azar vuran”Bax.Azərbaycan-Günəşli) kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi 4791,sistem kodu isə AJA004593-dür.

15.Gündəb türbəsi(Çayrud kəndi).Gündəb türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir və Lerik rayonunun Çayrud kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi 4786,sistem kodu isə AJA004588-dir.

 16.Hz.Yaqub peyqəmbər piri(Rvarud kəndi).Hz.Yaqub Peyğəmbərin Piri yerli əhəmiyyətli ziyarətgahdır və Lerik rayonunun Rvarud kəndi ərazisində yerləşir.Bu pir yerli sakinlər tərəfindən zaman-zaman ziyarət olunmuş və pir halına çevrilmişdir.Hal-hazırda bu pir məhərrəm aylarında yerli sakinlər tərəfindən ziyarət olunur.Adından göründüyü kimi Davud peyqəmbərlə bağlıdır.

17.Xəlifə Zəkəriyyə türbəsi(Cəngəmiran kəndi).Xəlifə Zəkəriyyə türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir və Lerik rayonunun Cəngəmiran (Canqımiyon)kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi 4783,sistem kodu isə AJA004585-dir.

hazırladı: Tədqiqatçı-tarixçi Aqşin Mistanlı

 

 

ŞƏRHLƏR