"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciəti necə tənzimlənir? SUAL VERİN CAVAB VERƏK

--2021-01-21 / 07:18

I.Sual: Bələdiyyə üzvü seçicilərinə nə vaxt hesabat verir?

Cavab: “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verir.

 

2.Sual:Vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciəti necə tənzimlənir ?

Cavab: “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə mahiyyəti üzrə bir ay ərzində cavab verməlidirlər.

Bələdiyyələr torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslərin ərizələrinə 10 gün müddətində baxırlar.

 3.Bələdiyyələrin hüquqi şəxs yaratmaq hüququ varmı ?

Cavab: “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən qanuna uyğun olaraq bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər.

          

Hazırladı:  Samir Cəfərov

Gəncə Regional Ədliyyə İdarəsinin

baş məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu

 

ŞƏRHLƏR