"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vətəndaşlar Prezidentin fəaliyyətindən razılıq edirlər

--2019-04-09 / 20:14

Fransanın “Opinion Way” şirkətinin Azərbaycanda keçirdiyi rəy sorğusu əsl həqiqəti əks etdirir. Rəyi soruşulanların böyük əksəriyyəti  Prezident İlham Əliyevin fəaliyyətindən razı qaldıqlarını bildiriblər. Respondentlərin 83-85 faizi növbəti prezident seçkilərində yenidən Prezident İlham Əliyevə səs verəcəklərini bildiriblər. Bu, xalqın Prezidentə olan inam və etimadının göstəricisidir.

Prezident İlham Əliyevin seçkiqabağı  verdiyi vədlərini yerinə yetirilməsi ilə bağlı respodentlərin verdiyi cavablar da  yüksək qiymətləndirilir. Prezidentin  seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “Opinion Way”in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib. 
Dövlətimizin başçısı  həmişə verdiyi vədlərə sadiq qalıb.  Sonuncu prezident seçkiləri ərəfəsində ölkədə köklü islahatların aparılması, əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artırılacağı, şəhid ailələrinin, əlillərin , məcburi köçkünlərin sosial müdafiəsinin daha da gücləndiriləcəyi barədə verdiyi vədlər artıq reallaşıb. Seçkilərdən sonra Prezident İlham Əliyevin ilk imzaladığı  fərman ölkəmizin  ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı oldu. Həmin fərmana əsasən. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilir.
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” prezident  sərəncamı, aztəminatlı ailələlərin sosial  müdafiəsinin gücləndirilməsi, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman, pensiyaların, əmək haqlarının, təqaüdlərin, həmçinin məcburi köçkünlərə verilən vahid aylıq müavinətin 50 faiz artırılması verilən vədlərin layiqincə yerinə yetirilməsinin bariz nümunəsidir. 
Xalq öz Prezidentinə inanır, güvənir və həmişə də onun yanındadır.

 Rüstəm XƏLİLOV, 

Milli Məclisin deputatı

http://xalqqazeti.com/az/news/19920

ŞƏRHLƏR