"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin bağlanış mərasimi keçirilib

--2018-11-08 / 11:22

“Loqos”un Azadlıq filialında Azərbaycan Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri və Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, əməkdar mədəniyyət işçisi Umud Rəhimoğlu, filologiya üzrə fəlsəfə doktoru, jurnalist Billurə Aslanqızı, “Loqos” un baş psixoloqu Elmira Mirzəyeva, “Loqos” jurnalının baş redaktoru Rəhilə Gülgün və layihəyə qatılan jurnalistlər iştirak ediblər.

 Əvvəlcə bağlanış mərasiminin proqramı haqqında PXTİB –nin icraçı direktoru Leyla Kərimova məlumat verib.

 Daha sonra tədbiri açıq elan edən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova qonaqları salamlayıb, qeyd edib ki, bır sınaq olaraq başlanan Media layihəsi bu gün uğurla başa çatır və bu layihə davamlı olacaq. T.Məmmədova layihəyə dəstək verən bütün təşkilatçılara öz təşəkkürünü bildirib.

Çıxış edən qonaqlar Mətbuat Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, jurnalist Billurə Aslanqızı, “Loqos” un baş psixoloqu Elmira Mirzəyeva “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin psixoloji maarifləndirmə istiqamətində və psixoloji mövzunu qələmə alacaq jurnalist kadrların yetişdirilməsində xüsusi əhəmiyyət daşdığını bildiriblər. Natiqlər qeyd ediblər ki, bu mövzuda layihələr davamlı olmalı və daha çox jurnalist kütləsini əhatə etməlidir.

Çıxışlardan sonra “Loqos” jurnalının baş redaktoru Rəhilə Gülgün nəticələri elan edib və müsabiqədə qalib olan o cümlədən, layihədə fərqlənən jurnalistlərə fəxri fərmanlar, mükafatlar təqdim edilib.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi

ŞƏRHLƏR