"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vətən müharibəsi əlilləri, iştirakçıları və şəhid ailələri daim diqqət mərkəzindədir

--2022-09-26 / 15:51

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, xüsusilə Vətən müharibəsi əlilləri, iştirakçıları və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Bərdə regional ədliyyə idarəsi tərəfindən tədbirlər davam etdirilir.

Həmin tədbirlər çərcivəsində 27 sentyabr - Anım günü ilə əlaqədar 21.09.2022-ci il tarixdən 27.09.2022-ci il tarixədək Bərdə regional ədliyyə idarəsi tərəfindən şəhid ailə üzvləri, qazilər və müharibə iştirakçıları üçün "açıq qapı", “açıq mikrafon” günləri təşkil edilməklə onlara hüquqi yardım göstərilir.

Həmçinin, Vətən müharibəsində şəhid olmuş Tağızadə Cahid Vahid oğlunun və Bərdə rayonu ərazisinin erməni silahlı qüvvələri tərəfindən artileriya atəşinə tutulması nəticəsində şəhid olmuş Bərdə rayonu Qarayusifli bələdiyyəsinin sədri Aybəniz Əhmədovanın ailəsi ilə görüş keçirilmiş və onların qayğıları ilə maraqlanılmışdır.

Görüş zamanı şəhid ailələri ölkə başçısının daim onlara diqqət və qayğısını hiss etdiklərini, bunun üçün ölkə başçısına öz təşəkkürlərini bildirdilər.

Bərdə regional ədliyyə idarəsi 

 

ŞƏRHLƏR