"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Verginin ödənilməsi vətəndaşın vətənə olan münasibətidir

--2018-02-14 / 19:46

2017-ci ildə də dünya siyasi və iqtisadi böhranlardan kənarda qalmadı. Baş verənlərin məntiqi nəticəsi olaraq bir sıra ölkələr iqtisadi çətinliklə üzləşib. Sabitlik adasına çevrilən Azərbaycanda isə iqtisadi inkişaf əldə olundu. Təbii ki, bunun səbəbi Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında dediyi kimi “Sabitliyin və inkişafın mənbəyi Azərbaycan xalqı, onun iradəsi və həyata keçirilən siyasətdir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarına söykənir”. Ötən il Azərbaycanda ümumilikdə islahatlar ili olaraq tarixə keçdi. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb.

Ümummilli lidеrimiz Hеydər Əliyеvin siyаsi kursunun bаcаrıqlı vаrisi, оnu məhаrətlə inkişаf еtdirən möhtərəm Prеzidеntimiz Ilhаm Əliyеvin rəhbərliyi аltındа ölkəmizdə yаrаdılаn ictimаi-siyаsi sаbitlik, dеmоkrаtik şərаit, bələdiyyələrin dаhа çеvik idаrəеtmə qurumunа çеvrilməsi üçün Prеzidеntimizin imzаlаdığı sənədlər, bələdiyyələrin inkişаfınа göstərdiyi qаyğı və diqqət bələdiyyələrin işgüzаrlığını, məsuliyyətini dаhа dа аrtırır, bələdiyyələr gündən-günə inkişаf еdir, möhkəmlənir, yеrli məsələlərin həllində dаhа inаmlа iştirаk еdir, əhаlinin bu prоsеslərə cəlb еdilməsində fəаllıq göstərirlər.Prеzidеntimizin qаrşıyа qоyduğu vəzifələrin məsuliyyətini dərk еdərək yеrli özünüidаrəеtmə qurumu оlаrаq Muxax bələdiyyəsi də оnlаrın həlli istiqаmətində fəаllıq göstərməyə çаlışаrаq Zaqatala RİHB-nın Muxax və Zəyəm kəndləri üzrə nümayəndəlikləri ilə birlikdə müəyyən işlər görmüşür.

Muxax bələdiyyəsi ölkə Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, yerli özünüidarəetməyə dair qanunlara,  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin təklif və tövsiyyələrinə,digər hüquqi-normativ aktlara müvafiq olaraq fəaliyyət göstərir.Bələdiyyələr bu gün ölkəmizin sosial-iqtisadi və mədəni həyatında öz tövhələrini verməkdədir. Bələdiyyələr artıq formalaşır, maliyyə və digər imkanları isə ilbə il genişlənir.

Təbii ki, bu sahədə əldə olunan uğurlar Dövlətimizin bilavasitə qayğısı və Zaqatala RİHB-sı Mübariz Əhmədzadənin diqqəti sayəsində əldə olunur.Muxax bələdiyyəsinin ərazisində 2017-ci ildə aparılan dövlət əhəmiyyətli işləri də qeyd etməmək mümkün deyildir.Bunlara misal olaraq Zaqatala Qax yolunun Muxax kəndindən keçən hissəsinin asvaltlaşdırılması, Paliment qaray adlı çölə qazılan və istifadəyə verilən 1-ədəd subarteziyan quyusu,digər bir subarteziyanın da icməli su məsələsinin həlli ilə əlaqədar dağ dibi yaşayış sahəsində yerinin müəyyən edilərək plana salınması,kənddə yeni müasir tipli elektirik nizamlayıcı transfarmatorların qoyulması,Muxax bələdiyyəsi ərazisində daha vacib olan kücələrə odun elektirik dayaqların yerinə yeni dəmir elektirik dayaqları ilə yenilənməsi və kabelləşdirilməsi,Qaz boru xəttlərinə standartlara cavab verən nizamlayıcıların qoyulması.Biz inanırıq ki,bundan sonra da Muxax bələdiyyəsi ərazisində yaşayan sakinlərimiz sosial rifah halının yaxşılaşdırılması istiqamətində dövlətimizin qayğısını daim hiss edəcəklər.

Biz də bələdiyyə olaraq ilk növbədə görülməsi zəruri olan işlər, əhalini ən çox narahat edən məsələlər barədə düşünürük. Sakinlərin problemləri  öyrənilir və bələdiyyənin imkanları   daxilində bu qayğılar lazımi səviyyədə təmin edilir.   Bələdiyyəmizin əsas  vəzifəsi  sakinlərin rifah halının yaxşılaşdırılmasından sosial-iqtisadi problemlərinin qismən həll edilməsindən ibarətdir. Əsas işlərimizdən biri də sakinlər arasında olub onların  gündəlik qayğıları ilə maraqlanmaq, problemlərini həll etmək iqtidarında onların yanında olmağımızı sübut etməkdir. Bələdiyyə olaraq biz işimizi sakinlərə sədaqət və ehtiram prinsipi əsasında qurmağa çalışırıq.

Bu gün biz "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq  qarşınızda 2017-ci ilin hesabatını veririk.

       2017 cı il ərzində Muxax bələdiyyəsinin 21 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır.  Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün keçikdirilmədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə idarəsinə göndərilmişdir

Bələdiyyədə kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun qurulmuşdur.2017-c ildə Muxax Bələdiyyəsinə 83 ərizə daxil olmuşdur. Bunlardan 12 nəfəri həyətyanı torpaq sahəsi satılması ilə əlaqədar, torpaq növbəsinə götürülmüşdür.(Məlumat üçün bildiririk ki,həyatyanı növbəsində bu günə 350 nəfər vətəndaşımız var.) 8 nəfəri maddi yardım, 5 nəfəri sahibkarlıqla məşğul olmaq üçün, 12 nəfər sənədlərin düzgün hazırlanmaması ilə əlaqədar qalan 46-i isə müxtəlif səpkilərdə verilən ərizələrdir.        

Bələdiyyə tərəfindən 2017-cı ildə aşağıda qeyd etdiyim işlərin  görülməsi təmin edilmişdir.

            -Zaqatala-Bakı şosse yolunun kənarındakı ağacların budanması təmin edilmiş,ağaclar ağardılmış,və lazımi yerlərə ağacların əkilməsi təmin edilmişdir.

         -Zaqatala-Qax şosse yolundada müntəzəm təmizlənmə işləri aparılmışdır.

           -Vətəndaşların müraciəti əsasında Muxax 1 saylı orta məktəbə və həkim məntəqəsinə Muxax çay yatağı tərəfdən texnika və piyada cıxış yoluna cınğıl daşınaraq qrederlə hamarlanmış su keçidlərinə azbes borularaq qoyulararaq yararlı vəziyyətə salınmışdır.

         -Rərzivan yolunun alt hissəsində olan subarteziyan quyusu təmir edilib,su cəni qoyulmaqla hündürlük məsafəsi nəzərə alınaraq cənin oturacaq hissəsi hasarla tikilib vətəndaşlar isə öz imkanları hesabına su cəkiişini təmin ediblər.

           -Zəyəmdə bərbad vəziyyətdə olan bir yola cınqıl töküməklə təmir edilib.

           -Müraciətə əsasən İmamqulu yaşayış sahəsində olduqca bərbad vəziyyətdə olan odun elektirik dayaqları dəyişdirilərək,dəmir profil dayaqlarla əvəz edilib.

           -Rərzivan yolu ilə kəndin mərkəzi yolunu birləşdirən hissədə olan vətəndaşlar tərəfindən atılan zibil kənara daşınaraq zərərsizləşdirilmişdir.

          -Müraciətlər əsasında vətəndaşların pay torpaqları olan çöllərdə də yollara cınqıl daşınaraq təmir edilib.

           -Vərənə yaşayış sahəsinə 1 yola cınqıl daşınmış,qrederlə yol qaydasında hamarlanmışdır.

           -Yeni il hədiyyələri alınaraq məktəblərədə oxuyan ibtidai sinif şagirlərinə və bağcaya verilib.

           -Muxax 1 saylı orta məktəbdə təmir işlərinin aparılmasına inşaat materialı alınıb verilməklə köməklik göstərilib.

         -Mədəniyyət istirahət parkında tikinti təmir və bərpa işləri aparılmışdır. Hələ də bu işlər tam yekunlaşmamışdır.

         -Kənddə daim səllimçiliyə qarşı mübarizə aparılmış,bu məqsədlə bir sıra tədbirlər həyata keçirilir bu iş mütəmadi olaraq davam etdirilmişdir.

         -Suvarma suyunun çaylaxlarda müntəzəm olmasını təmin etmiş bu sahə həmişə diqqət mərkəzində olmuşdur.

         -Muxax kəndində kənd təsərrüfatı sahəsinin inkişaf etdirlməsi də diqqət mərkəzində olmuş bələdiyyənin imkanları hesabına fındıq və tut tinki bağı salınmışdır bu işlər davam etdirilir və bağlara lazımi qulluq edilir.

         - Əlillərə xəstələrə,yas yerlərinə,tək kimsəsizlərə və maddi yardımlar edilmişdir.

         -Dövlət əhəmiyyətli bayram tədbirlərində yüksək səviyyədə iştirak etməklə tədbirlərin kecirilməsi təmin edilmişdir.

         -Muxax və Zəyəm kənd Qəbirstanlıqlarında təmizlik abadlıq işləri görülmüş,təmir tikinti işləri aparılmışdır,bu işlər bundan sonra da mütamadi olaraq davam etiriləcəkdir.

         -Muxax kəndinin mərkəzi və ara yollarında su arxlarının təmizlənməsi müraciətlər əsasında cınqıl daşınaraq ara yolların təmiri və yollarda su keçidlərinə azbes boruların qoyulması təşkil edilmişdir.bu işlər bundan sonra da daim diqqətimizdə saxlanılacaqdır.

2017–cü il üçün bələdiyyənin  gəlirləri 96300 min manat proqnazlaşdırılmışdır, faktiki gəlirlərimiz  isə 79599 manat olmuşdur.

         Bələdiyyə büdcəsinə aşağıdakı  mənbələrdən pul vəsaiti daxil olmuşdur;

-         Torpaq satışından –                         26138 manat

-         Torpaq vergisi  -                                23879 manat

-         Əmlak vergisi –                                12118 manat

-         Uzunmüddətli icarə-                           2646 manat

-         Digər gəlirlər -                                   12198 manat

-         Dövlət tərəfindən verilən  - dotasiya – 2620 manat

 

 

 Muxax bələdiyyəsininnin 2017-ci ildəki xərcləri aşağıdakı kimi olmuşdur.

-         İşçilərə əmək haqqi ödənilmişdir                               – 24788 manat

-         DSMF ödəmələr                                                          – 6562 manat

-         Yerli xəzinədarliq orqanına  vergi ödenişi                   – 1299 manat

-         Dəftərxana ləvəzimati kompyuter təmiri və sair          – 1273 manat

-         Ezamiyyə xərcləri                                                         – 321 manat

-         Silahlı qüvvələrə-                                                          -420 manat

-         Yas yerinə və maddi yardımlara-                                   -800 manat

-         İnventar alınmasına xərclər                                           -800 manat

-         Kimsəsilərə və şəhid ailəsinə yardımlar                       -1794 manat      

-         Abunə uçun                                                                   – 791 manat

-         Rabitə xidmətinə                                                          – 758 manat

-         Az qiymətli mal-material xərcinə                                   - 625 manat

-         Yol nəqliyyat xərclərinə                                                -10106 manat

-         Kənd təsərrüfatı xərclərinə                                            -4366 manat

-         Mədən kütləvi tədbirlərə idmana                                    -3322 manat

-         Təhsil xərclərinə                                                             -2025 manat                  

-         Bank,poçt xidmətinə                                                      - 917 manat

-         Odun elektirik  enerjisi sərfiyyatına                                – 715 manat

-         Abadlıq işlərinə                                                               -3608 manat

-         Auditor xidmətinə                                                           - 2000 manat

-         Azərpoçt MMC-yə ödənilib müqaviləyə əsasən             -1752 manat

-         Qəbirstanlıqların saxlanması mal-material xərci -           -2274 manat

-         Həmkərklar                                                                                                    1072 manat

-         Digər xərclər                                                                   - 4037 manat

-         Kənd Bələdiyyələrinin Milli Assosiasiyasina                – 360 manat

1 yanvar 2018- cu il tarixə Muxax bələdiyyəsinin hesabinda 4771 manat xərclənməmiş vəsait qalmışdır.Məlumat üçün bir məsələni də nəzərinizə catdırmaq istəyirəm ki, 01 yanvar 2018-ci il tarixə Muxax bələdiyyəsinin heç bir təşkilata bir sözlə heç kimə borcu yoxdur.Bu bəlkə də Muxax bələdiyyənin tarixində ən sevindiriçi hadisədir.

Hesabatdan göründüyü kimi il ərzində Muxax bələdiyyəsi diqqətə layiq  işlər görmüşdür. Lakin  görüləcək işlər də çoxdur . Ən mühüm məsələ isə Yerli (Bələdiyyə) Vergi ödənişlərin Avtomatlaşdırılmış Məlumat   sisteminin yaradılmasıdır ki,vergilərin həmin bazaya işlənməsindən sonra vegilərin toplanmasında əsaslı dönüş yardılmışdır.Cəsarətlə deyə bilərik ki,hal-hazırda 94 % vergi ödəyiçilərimizin torpaqları və əmlakı məlumat bazasına yerləşdirilmişdir.Hər bir vergi ödəyiçilərimizdən xahiş edirik ki, imkanları daxilində heç olmasa ildə bir dəfə Muxax bələdiyyəsinə gələrək vergilərin hesablanması ödənilməsi barədə öz şəxsi hesabları ilə tanış olsunlar və vergi borclarını ödəsinlər ki,onlara əlavə faiz hesablanmasın.

Məlumat üçün bildiririk ki, vergilər müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi məcəlləsinin 59.1 maddəsinə əsasən ödənmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0.1 % məbləğində faiz tutulacaq və maliyyə sanksiyası tədbiq ediləcəkdir.

Nəzərinizə bir məsələni də catdırmaq istəyirik ki,adətən vətəndaşlar şəxsi  mülkiyyətində olan torpaq sahələrini başqasina satdıqda və ya bagışladıqda yeni torpaq sahibləri qeydiyyata düşmürlər, halbu ki,  vergilər  məcəlləsinə görə mulkiyyət sahibi  olan fiziki şəxslər bir  ay  müddətində bələdiyyənin yerli idarəetmə  orqaninda özləri müraciət edərək uçota durmalı və alqı satqı apardığı vətəndaşın əvvəlki illərdən bələdiyyə büdcəsinə vergi borclrı olub olmaması ilə maraqanmalıdırlar.Nəzərə alın ki,bu olduqca vacib olan məsələdir. Dövrün tələblərinə uyğun olaraq bələdiyyənin elektron feysbuk səhifəsi və elektron poçtumuz yaradılmış və həmişə işlək vəziyyətdədir.Hər bir vətəndaş elektron qayda da istədiyi məlumatı bələdiyyədən ala və ya məktub şəklində müraciət edə suallarını bələdiyyəyə ünvanlaya və cavab ala bilərlər.

Problemlerimizdən biri də vətəndaşların ödənişlərə olan münasibətidir ki, biz hələ də vergi ödənişlərindən yüksək artıma nail ola  bilməmişik. 2017- ci ildə də nə qədər calışsaq da torpaq   əmlak vergisinin toplanmasına icarə   haqlarının yığılmasında yenə də cətinliklərimiz qalmaqdadır. Elə fürsətdən istifadə edərək    bütün Muxax bələdiyyəsi ərazisində yaşayan sakinlərimizə müraciət edirəm ki,  torpaq və əmlak vergilərini, torpaq  icarə haqlarını vaxtında ödəsinlər.Torpaq halallıq sevir, torpaq  vergisinin ödənilməsi  vətəndaşın torpağa , vətənə olan münasibətidir.

Valeh Abdullayev

Zakatala rayon Muxax bələdiyyəsinin

                             sədri                                  

        

    

 

 

 

ŞƏRHLƏR