"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vergilərin toplanmasında irəliləyiş olsa da...

--2019-07-23 / 04:42

Yarandığı gündən bu yana bələdiyyələr mülkiyyətin idarə olunmasında, bələdiyyənin maliyyə mənbələrindən istifadədə, əhali ilə münasibətlərin tənzimlənməsində və xüsusi olaraq hakimiyyət orqanları ilə əlaqələrin qurulmasında xeyli təcrübə toplamışdır. Bu təcrübə nəticəsində Azərbaycanda bələdiyyələr demokratik inkişaf yolu keçərək əhali qarşısında yerli özünüidarə orqanlarının əsas əlamət və məqsədlərini müəyyənləşdirməklə fəaliyyətlərini səmərəli qura bilmişlər.

Qax bələdiyyəsi də daim öz fəaliyyətini bələdiyyənin yerli sosial müdafiəsi, iqtisadi inkişaf, yerli ekoloji problemlərin həlli, Qax Rayon İcra Hakimiyyətinin şəhərin sosial-iqtisadi inkişaf proqramı, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiyasiyasının tövsiyyələri çərçivəsində həyata keçirmişdir.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun və   Qax bələdiyyəsinin Nizamnaməsinin tələblərinə müvafiq olaraq, Qax bələdiyyəsi 2019-cıu ilin 6 ayı ərzində fəaliyyəti barədə hesabat verir.

Qax Bələdiyyəsi 2019-cu ilin 6 ayı ərzində 9 iclas keçirmişdir. İclaslarda 30 məsələ müzakirə olunmuş və müvafiq qərarlar çıxarılmışdır. Hesabat dövründə bələdiyyəyə vətəndaşlar tərəfindən 80 ərizə və müraciət daxil olub. Onlardan 15-i maddi yardımla, 27-si fərdi mənzil tikintisi üçün torpaq sahəsinin, 2-si isə sahibkarlıq məqsədi üçün torpaq sahəsinin alınması, 8-i yaşayış binalarına təhlükə yaradan ağacların budanması və ya kəsilməsinə icazə alınması, 10-u həyətyanıya bitişik torpaq sahəsinin alınması, 4-ü əsgərə icazə, 5-i isə icarəyə torpaq sahəsinin verilməsi, 9-u isə digər məsələlərlə əlaqədar olmuşdur.Ərizə və müraciətlərdə qaldırılan məsələlər imkan daxilində icra edilmişdir. 2019-cu ildə bələdiyyəyə idarə və təşkilatlardan 40 ədəd ərizə və məktub daxil olmuşdur. Bunlardan 6-sı Qax Rayon İcra Hakimiyyətindən, 15-i Şəki Regional Ədliyyə Şöbəsindən, 5-i Şəhər Bələdiyyələrinin Milli Assosiyasiyasından, 10-u D.Ə.D.R.X-dan, 3-ü Azərbaycan respublikası ekologiya və Təbii Sərvətlər Nazirliyindən, 1-i Maliyyə Nazirliyindən və digər idarə və təşkilatlardan göndərilib.

Hesabat dövrü ərzində bələdiyyə sədrinin şifahi qəbulunda 86 nəfər iştirak etmişdir. Müraciətlərin bir qismi dərhal icra olunmuş, bir qismi araşdırılmaq üçün müvafiq komissiyalara göndərilmişdir.

2019-cu ilin 6 ayı ərzində bələdiyyə gəlirləri 49215.00 manat olmuşdur.

   01.01.2019-ci ilə qalıq:   819.87

Sıra sayı

M ə z m u n u

Məbləği

I.Gəlirlər

 

Daxil olub torpaq satışından

22254.00

 

Daxil olub əmlak vergisi

8140.00

 

Torpaq vergisindən

4996.00

 

Dəfn rüsumu

3450.00

 

Xeyr- şər mağarından icarə haqqı

2350.00

 

Karusellərdən icarə haqqı

250.00

 

Sahibkarlıq obyektindən icarə haqqı

1150.00

 

Dotasiya

6500.00

 

Mehmanxana rüsumu

45.00

 

Səyyar ticarət xidmətindən

80.00

 

Gəlirlərin cəmi:

49215.00

Faktiki 6 aylıq büdcə gəlirləri maliyyə vəsaitinin cox az olduğunu deməyə əsas verir.

Hesabat dövrü ərzində əmlak vergisindən 8139.76 manat, torpaq vergisindən isə 4996.49 manat toplanmışdır. 2018-ci ilin 6 aylıq hesabatı ilə müqayisədə əmlak vergisinin ( 2018-ci ilin 6 ayında 4708.00 manat) toplanışında artım olsa da, torpaq vergisində (2018-ci ilin 6 ayında 8630.00 manat) azalma var. Əvvəlki illərə nisbətən vergilərin toplanmasında irəliləyiş olsa da, biz yenə də istədiyimiz nəticəni əldə edə bilməmişik. Bəzi vətəndaşların bildirişi aldıqdan sonra bank, yaxud poçt vasitəsilə vergi borclarını ödəməməsinə görə vergilərin vaxtında və tam yığılması təmin olunmamışdır.

Məlum olduğu kimi 2014-cü ildən DT və XK-si ləğv edilməsindən, yeni qurumun yaranmasından bu yana torpaq sahələrinin ayrılmasında ləngimələr var. Lakin bu məsələnin həlli üçün artıq bir neçə ildir ki, müvafiq sənədləri toplanmış, torpaqların kateqoriyasının dəyişdirilməsi üçün müvafiq icra qurumlarına müraciət olunmuşdur.

Hesabat dövründə bələdiyyənin xərcləri ümumilikdə 49053.00 manat təşkil etmişdir.

II-Xərclər

 

Verilib işçilərə əmək haqqı və məzuniyyət xərci

20158.00

 

D.S.M.F-na ə/h-dan ayırma

5025.00

 

Y.X.O-na əmək haqqından gəlir vergisi

366.00

4..

S.Q.Y.F-na əmək haqqından üzvülük haqqı

300.00

 

Həmkarlara üzvülük haqqı

200.00

 

MHM-nə internet və Qax telekommunikasiya qovşağına xidmət haqqı

645.00

 

Azərişıq S.C-nə xidmət haqqı

200.00

 

Azəriqaz İB-ə xidmət haqqı

300.00

 

ƏMDK-si yanında hərracın 4 %-nin xidmət haqqı

587.00

 

DƏDRX-nə reystrdən çıxarış üçün xidmət haqqı

1591.00

 

Bank xərci

681.00

 

İmkansız ailələrə yardım

1300.00

 

Torpaq satışından daxil olmuş vəsaitin geri qaytarılmasına

3750.00

 

ŞBMA-na üzvülük haqqı

400.00

 

İdarə maşınlarının saxlanılması xərci

2632.00

 

Dəftərxana və təsərrüfat xərci

535.00

 

Bələdiyyə hesabatının keçirilməsinə

650.00

 

8 Mart, Novruz bayramı,Ramazan bayramı və Yeni il şənliyi və şahmat yarışının keçirilməsinə

2500.00

 

Parkların və Şəhidlər xiyabanının təmirinə

4417.00

 

Abunə yazılışına

410.00

 

Ezamiyyə xərci

359.00

 

Audit xidməti haqqı (2015-2017-ci illər üçün)

2000.00

 

Qaxbaş bələdiyyəsindən səhv gəlmiş vəsait geri qaytarılmasına

48.00

 

CƏMİ:

49053.00

                    

01.07.2019-ci ilə yerli büdcə qalığı : 982.00

6 ay ərzində Qax bələdiyyəsi tərəfindən görülmüş işlərin xülasəsini nəzərinizə çatdırırıq.

Büdcə gəlirlərinin böyük hissəsi idarənin saxlanmasına , bələdiyyə işçilərinə əmək haqlarının verilməsinə, DSMF-na , Şəhər qəbirstanlığının saxlanmasına və digər xidmət və üzvülük haqlarının ödənilməsinə xərclənmişdir.

Bələdiyyə büdcəsində maliyyə çatımazlığı abadlıq, tikinti, sosial yardımların verilməsi və digər tədbirlərin icrasında çətinlik yaratmışdır.

Qeyd etmək istəyirik ki, şəhərdə həyata keçirilən quruculuq abadlıq işlərində, icra olunan infrasturuktur layihələrində bələdiyyənin də müəyyən qədər payı var. Yay mövsümündə şəhərimizə gələn turistlərin və seçicilərimizin asudə vaxtının səmərəli keçməsi üçün bələdiyyə tabeliyində olan parklarda, Şəhidlər xiyabanında 4416.00 manat məbləğində təmir-bərpa işləri görülmüşdür. Qax şəhəri ərazisində Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş ilk yaşayış binasının həyətində dövlət tərəfindən xeyir-şər mağarının tikilməsi nəzərdə tutulub. Həmin yaşayış binasının qarşısının asfaltlanması bələdiyyə tərəfindən icra olunmuşdur.

Qax bələdiyyəsinə dövlət tərəfindən 6500.00 manat dotasiya verilmişdir. Dotasiya idarənin saxlanması və digər xərclərə istifadə olunmuşdur.(D. S. M.F.na olan borca- 500.00 manat; İşçilərin əmək haqlarına – 3300.00 manat, Ramazan bayramının qeyd olunması-700 manat, bələdiyyəyə məxsus park və bağların yay mövsümünə hazırlanmasına- 2000 manat )

Bələdiyyə bu hesabat dövründə də məhəllə komitələri ilə sıx əməkdaşlığ qurmuşdur. Belə ki, hal-hazırda şəhərimizdə dövlət tərəfindən bütün küçələrdə su-kanalizasiya sistemi qurulmaqdadır. Küçələrdə , yaşayış binalarının həyətlərində yaranan kiçik problemlərin aşkarlanması və aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmasında məhəllə komitələrinin rolu böyükdür.

Hesabat dövründə bir sıra mədəni-kütləvi tədbirlərin-8 Mart Beynəlxalq Qadınlar Günü, Novruz bayramı yüksək səviyyədə qeyd olunmuşdur. Dini bayramımız olan Ramazan bayramında ənənəvi olaraq Cümə məscidində bayram süfrəsi açılmışdır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar müxtəlif yaş qruplarından ibarət həvəskar şahmatçıların yarışı keçirildi. Qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunmuşlar. 5 saylı körpələr evində bağça ilə vidalaşöb məktəbin birinci sinfinə gedən balacaların bayram tədbirinin keçirilməsində bələdiyyə köməklik etmiş, uşaqlara məktəb ləvazimatları hədiyyə edilmişdir.

Hesabat dövründə aztəminatlı ailələrə 1300 manat məbləğində yardım edilmişdir. İmkansız ailələrin yas mərasimlərində xeyir-şər mağarlarının icarəyə verilməsinə güzəşt olunmuş, Qarabağ əlilləri, şəhid ailələrinin yas mərasimlərində xeyir-şər mağarları əvəzsiz olaraq verilmişdir.

Bələdiyyə yerli büdcə gəlirlərini artırmaq, əlavə iş yerləri açmaq məqsədilə “Arıçılıq təsərrüfatı” və “Şəhər qəbirstanlığında ritual xidmət sexi” subvensiya layihələri hazırlamış və Maliyyə Nazirliyinə lazımı sənədlərlə birgə göndərmişdir. Maliyyə Nazirliyindən maliyyə vəsaiti ayrılarsa, layihələr icra olunacaqdır.

Təssüf ki, obyektiv səbəblərdən bələdiyyəmiz icrasını planlaşdırdığı bir çox işi həyata keçirə bilməmişdir. Ancaq 2019-cu ilin ikinci yarısında biz ümid edirik ki, bu məsələlər öz həllini tapacaqdır. Növbəti hesabat dövründə buraxılmış nöqsanları da aradan qaldırmaqla seçicilərin ərizə, şikayət, təkliflərinə daha həssaslıqla yanaşacaq bələdiyyəyə əlavə, dayanaqlı gəlir mənbəyi axtaracaq, seçicilərin qüvvəsindən bələdiyyənin idarə olunmasında səmərəli istifadə edəcək, illik hesabatda seçicilər qarşısına daha uğurlu nəticələrlə çıxmağa çalışacağıq.

Hesab edirik ki, növbəti hesabat dövründə demokratik cəmiyyətimizin mənafeyi baxımından yerli özünüidarə sisteminin təşkilində öz töhfələrimizi verməyə çalışacaq.

 E.X.Orucov

Qax Bələdiyyəsinin sədri           

ŞƏRHLƏR