"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

VƏRƏM VƏ COVİD-19 PANDEMİYASI İLƏ BİRGƏ MÜBARİZƏ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ONLAYN BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

--2020-06-20 / 16:51

 Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Vərəm əleyhinə Avropa Koalisiyasının əlaqələndirici dəstəyi ilə “Sağlamlığa Xidmət” İctimai birliyi tərəfindən “Vərəm və COVİD-19 pandemiyası ilə birgə mübarizə” layihəsi çərçivəsində "Vətəndaş Cəmiyyəti təşkilatları və icmaların COVİD-19 pandemiyası dövründə Milli Vərəm və İİV/QİÇS-lə mübarizə proqramlarına dəstəyi - Beynəlxalq təcrübə" mövzusunda onlayn konfrans keçirilib.

 Koronavirusun sürətlə yayılması nəticəsində tibbi xidmətlərin əlçatanlığı və keyfiyyəti ilə bağlı proqnozlaşdırılan dəyişikliklər resursların yenidən bölüşdürülməsini və səhiyyə xidmətlərinin fasiləsiz təmin edilməsi istiqamətdə təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib. Konfransın məqsədi pandemiya zamanı Moldova Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) Milli Vərəm və İİV/QİÇS-lə mübarizə proqramlarına dəstək olmaq üçün həyata keçirdikləri müsbət təcrübələrlə tanış olmaq idi. QHT-lər bu çətin dövrlərdə profilaktika, müalicə və qayğı, təbliğat və ictimai monitorinqlə bağlı xüsusi fəaliyyət təcrübələrini və öyrənilmiş dərsləri bölüşdülər.

 Konfransı giriş sözləri ilə Ümumdünya Səhiyyə təşkilatı ölkə nümayəndəsi Dr. Cəvahir Süleymanova, Ümumdünya Səhiyyə təşkilatının Avropa Regional bürosunun nümayəndəsi Dr. Oqtay Gözəlov və Cenevrədə yerləşən Stop TB Partnerşip qurumunun proqram rəhbəri Dr. Thandi Katlholo konfransın işinə uğurlar arzu ediblər.

 Moldovanın Vərəm və İİV/QİÇS-lə mübarizə aparan SMİT, AFİ, TDV və Speranta Terrei qeyri-hökumət təşkilatlarının nümayəndələri COVİD-19 pandemiyası dövründə Milli Vərəm və İİV/QİÇS-lə mübarizə üzrə Dövlət proqramalarının icrasının davamiyyəti üçün göstərilən dəstək barədə təqdimatla çıxış ediblər.

 Tədbir müzakirələrlə davam edib.

 Qeyd edək ki, bu istiqamətdə 25 iyun tarixinə planlaşdırılan növbəti tədbirdə isə Ukrayna və İtaliya QHT-ləri öz təcrübələrini paylaşacaqlar. 

 

 

ŞƏRHLƏR