"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vəndam qəsəbəsində 20 Yanvar faciəsi anılıb

--2022-01-20 / 15:09

Bu gün Qəbələ rayonu Vəndam bələdiyyəsinin təşkilatçılığı və Qəbələ RİH-in Vəndam qəsəbəsi üzrə İcra nümayədəliyinin iştirakıyla qəsəbə ictimaiyyəti 20 Yanvar faciəsinin otuz ikinci ildönümü münasibəti ilə Şəhidlər xiyabanı ziyarət edilmiş və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid qəbələlilərin məzarları üzərinə gül dəstələri düzmüşlər.

Qəsəbənin yerli bələdiyyə və icra orqanları şəhid ailələrinin üzvləri ilə görüşərək onları dinləmiş, narahat edən problemləri öyrənmiş, həlli istiqamətində aidiyyatı üzrə müvafiq tapşırıqlar vermiş və icrasını nəzərətə götürmüşdür.

Ziyarətdə iştirak edən şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse Prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildirmişlər.

Belediyye.info

ŞƏRHLƏR