"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vəndam bələdiyyəsi aztəminatlı ailələrə ərzaq bağlamaları paylanılıb

--2020-04-08 / 16:32

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Vəndam bələdiyyəsi də yaxından iştirak etməklə dəstək verib. Bu barədə məlumat Qəbələ rayonu Vəndam bələdiyyəsindən daxil olub.

Vəndam bələdiyyəsinin təşkilatıçılığı ilə qəsəbə ərazisində aztəminatlı ailələrin və 65 yaşdan yuxarı insanların siyahısı tərtib edilərək, hər bir sakinə ərzaq bağlamaları təqdim edilmişdir.

Vəndam bələdiyyəsinin qulluqçularının iştirakıyla paylanan bağlamaları alanlaırn hər birinə görüşdə həm də bir daha dövlət tərəfindən atılan addımlar izah edilmiş və evdə qalmaları, gündəlik etməli olduqları məsələlərə daha diqqətli yanaşmaları və məcbur qalmadıqca evdən çıxmamaları xahiş edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR