"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

V.Poladov: “Buzovna bələdiyyəsinin iddiasını məhkəmə təmin etməklə ədaləti bərpa edib”

--2022-06-10 / 17:57

“Xəzər rayonu Buzovna bələdiyyəsinin hüquqşünası Vüsal Poladov Buzovna bələdiyyəsi adından Xəzər rayon məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşı tərəfindən yazılmış və Buzovna Bələdiyyəsinin sədri Əliyev Mətləb Firuz oğlunun 2000 manat məbləğində cərimə edilməsinə dair 24 sentyabr 2018-ci il tarixli, MN0362950 nömrəli qərarın ləğv edilməsi haqqında qərar qəbul olunmasını ilə balı müracitə ünvanlamışdır”- bununla bağlı məlumat Belediyye.infoya məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Məlumatda daha sonra bildirilir: “Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Əlişah Rəcəbov tərəfindən tərtib edilmiş 24 sentyabr 2018-ci il tarixli 0362950 nömrəli inzibati xəta haqqında qərarla Buzovna Bələdiyyəsinin sədri Əliyev Mətləb Firuz oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlibilinərək 2000 (ikimin) manat məbləğində cərimə edilmişdir. Həmin qərarı 10 oktyabr 2018-ci il tarixdə poçtla almışdır. Beləki, qeyd olunan qanun pozuntusuna görə məsuliyyət bələdiyyələrin üzərinə deyil, Bakı Şəhər İcra Hakimiyyət Başçısının 13.08.2012-ci il tarixli 357 saylı sərəncamının icrası haqqında 13/3 saylı Səracamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2007-cı il 06 iyun tarixli 586 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakınıni darə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına” uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətnin tabeliyində hüquqi şəxs statusuilə “Kommunal Xidmətlər Müəssisəsi” MMC təsis edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başğısının 13.08.2012-ci il tarixli 357 saylı sərəncamına əsasən “Kommunal Xidmətlər Müəssisəsi” MMC struktur vahidi kimi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyinə verilmiş və təsərrüfat fəaliyyəti üzrə idarəçiliyinin həyata keçirilməsi müəyən edilmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarə etmənin təkmilləşdirilməsi haqqında ”06avqust2008-ci il tarixli 2983 saylı Sərəncamına əsasən Bakı şəhəri ərazisində əmələgələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi işlərinin “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilməsi nəzərdə tutulmşdur. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi Bakı şəhər bələdiyyələrinə ünvanladığı 09/5-66 saylı,16.06.2016-cı il tarixli məktubunda “Yerli(bələdiyyə)vergilər və ödənişlər haqqında ”Qanunun 9.1-ci maddəsində bələdiyyələr tərəfindən tətbiqedilməli olan yerli ödənişlər göstərilmişdir. Məişət tullantılarının daşınması ilə bağlı yerli ödənişin tətbiqi qanunla müəyyən edilməmiş, məişət tullantılarının daşınması bələdiyyələrə həvalə olunmamışdır. Dahasonra, Bakışəhəri, Xəzər rayonu, Buzovna qəsəbə Bələdiyyəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə bələdiyyələrin müvafiq qurumlar tərəfindən cərimələnməsi ilə bağlı sorğusuna cavabda da göstərilir ki, məişət tullantılarının yığılması, nəqledilməsi, zərərsizləşdirilməsi və bu sahədə başqa məsələlərin həlledilməsi“ Təmiz Şəhər” ASC və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdır.

Göstərilənlərlə əlaqədar Xəzər rayon məhkəməsi tərəfindən bir neçə dəfə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin qərarı ləğv edilmiş, lakin sonuncu qurumun Appelyasiyaya müraciətindən sonra birinci instansiyanin qərarı ləğv edilərək təkrar araşdırmaya göndərilmişdir”

Bələdiyyədən onu da bildiriblər ki, 09 iyun 2022-ci il tarixdə Xəzər rayon məhkəməsində keşirilən proses zamanı Buzovna Bələdiyyəsinin hüquqşunasının müraciəti ilə əlaqədar keşirilmiş ekspertizaların nəticəsi olaraq Azərbaycan Respublikası Ekologiyavə Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiyavə Təbii Sərvətlər Departamentinin əməkdaşı tərəfindən yazılmış və Buzovna bələdiyyəsinin sədri Əliyev Mətləb Firuz oğlunun 2000 manat məbləğində cərimə edilməsinə dair 24 sentyabr 2018-ci il tarixli, MN0362950 nömrəli qərarı ləğv edilməsi və məhkəmə xərclərinin Buzovna bələdiyyəsinə ödənilməsi haqqında qərar qəbul olunmuşdur.

Belediyye.info

ŞƏRHLƏR