"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Üstünlüyü sosial layihələrin icrasına veririk

--2019-01-09 / 07:01

 Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Xəzər rayonunda da, o cümlədən Mərdəkan qəsəbəsində aparılan abadlıq, yenidənqurma, yaşıllaşdırma işləri qəsəbənin simasının günü-gündən gözəlləşməsinə, müasirləşməsinə səbəb olmaqdadır.

Mərdəkan bələdiyyəsi ölkə Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, yerli özünüidarəetməyə dair qanunlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir.

Artıq 4-cü dəfə keçirilmiş bələdiyyə seçkilərindən dörd il vaxt ötmüşdür. Ötən müddət ərzində Mərdəkan bələdiyyəsi tərəfindən sakinlərin problemləri öyrənilmiş, imkan daxilində bu qayğılarının təmin edilməsi istiqamətində çalışmışıq.

Hal-hazırda ölkənin hər yerində 2018-ci ilin yekunları müzakirə olunur, qarşıda duran vəzifələr müəyyən edilir.

***

İl ərzində Mərdəkan bələdiyyəsinin 18 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli, bələdiyyənin iş planı təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir. İş Mərkəzi tərəfindən isə bələdiyyələrə metodiki tövsiyələr hazırlanıb göndərilmiş və həmin tövsiyələr bizim fəaliyyətimizdə hər zaman nəzərə alınmışdı.

Ötən dövr ərzində Mərdəkan bələdiyyəsinə vətəndaşlardan müxtəlif məsələlərə dair 78 ərizə, təşkilatlardan isə, 140 məktub daxil olmuşdur.Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 351 vətəndaş qəbul edilmişdir. ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

***

Mərdəkan bələdiyyəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən, büdcənin gəlirləri 2018-ci il ərzində 186653 manat təşkil etmişdir.

O cümlədən:

 

-         fiziki şəxslərdən torpaq vergisi – 30031 manat;

-         fiziki şəxslərdən əmlak vergisi – 136119 manat;

-         tullantılarının daşınmasından - 1900 manat;

-         torpaq icarə haqqı – 2763 manat;

-         Dövlət tərəfindən verilən dotasiya – 13000 manat;

-         kurort və mehmanxana rüsumu – 2840.

 

2018-ci il ərzində xərclər isə - 181059 manat təşkil etmişdir.

 

O cümlədən:

 -   bələdiyyə işçilərinin əmək haqqısının ödənilməsinə - 62070 manat;

-   bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayrılanlar 14418 manat;

-       vergi müfəttişlərinə ödəniş – 30346 manat;

-       abadlıq və təmizlik işlərinə (2017-2018-ci illər üçün) - 45800 manat;

-         maddi yardımlara – 19276 manat;

Əmək haqqı büdcə üzrə xərclərin 34,2%-ni təşkil etmişdir.

***

“20 Yanvar faciəsi”nin 28-ci ildönümü ilə əlaqədar, 4 faciə əlilinə, “Xocalı faciəsi”nin 26-ci ildönümü ilə əlaqədar isə, 2 şəhid ailəsinə ərzaq yardımı ilə köməklik göstərilmişdir. Həmçinin “Xocalı faciəsi” ilə əlaqədar qəsəbədəki 181 nömrəli tam orta məktəbin şagirdləri arasında rəsm müsabiqəsi keçirilmiş və qaliblər “Diplom”la mükafatlandırılmışlar.

Milli Novruz bayramı münasibətilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində keçirilən ümumrayon bayram tədbirində bayram süfrəsi təşkil olunmuşdur.

Çernobıl faciəsinin 32-ci ildönümü ilə əlaqədar 9 nəfər əlilə ərzaq sovqatı verilmişdir.

Böyük İctimai Xadim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə, qəsəbədəki 183   nömrəli tam orta məktəbin şagirdləri arasında “Ana” mövzusuna həsr olunmuş şer müsabiqəsi keçirilmiş, qaliblərə “Diplom” təqdim olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə, “Fəxri Xiyaban”dakı və qəsəbədə yerləşən Heydər Əliyev parkındakı abidəsi önünə qızılgüllər düzülmüşdür.Həmçinin, bu münasibətlə qəsəbədəki 181 nömrəli tam orta məktəbin şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş və qaliblər “Diplom” la mükafatlandırılmışlar.

Alman – Faşizm üzərində Qələbənin 73-ci ildönümü ilə əlaqədar, 2 müharibə veteranının hər birinə evlərində ərzaq sovqatı ilə köməklik göstərilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə, qəsəbədəki H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin şagirdləri arasında “Vətən” mövzusuna həsr olunmuş şer müsabiqəsi keçirilmiş və qaliblər “Diplom” la təltif olunmuşlar.

Aprel döyüşlərində şəhid olmuş qəsəbə sakini Şirəliyev Kamran Faiq oğlunun valideyni Şirəliyeva Elvira Bafadar qızına imkansızlığını, xəstəliyini nəzərə alaraq, 1 (bir) il müddətinə hər ay olmaqla, 100 (bir yüz) manat məbləğində pul vəsaiti ilə maddi köməklik göstərilmişdir.

Qəsəbə sakini Muradova Firəngiz Hüseyn qızının imkansızlığını, xəstəliyini, öhdəsində 1-ci qrup əlil övladının da olmasını nəzərə alaraq, hər ay ərzaq yardımı ilə təmin edilməsi məqsədilə, bir il müddətinə bələdiyyənin himayəsinə götürülmüşdür.

Müqəddəs Qurban bayramı münasibətilə, bələdiyyənin sosial müdafiə proqramına uyğun olaraq, qəsəbədəki şəhid, Qarabağ, Böyük Vətən Müharibəsi, Çernobıl, 20 Yanvar, gözdən əlillərə, ahıl insanlara, imkansız ailələrə, cəmi 350 nəfərə ərzaq sovqatı paylanmışdır.

01 Oktyabr – “Ahıllar Günü” münasibətilə qəsəbədə yaşayan 17 ahıla ərzaq sovqatı paylanmışdır.

Bələdiyyə tərəfindən qəsəbədə yerləşən “Heydər” məscidinə çoxsaylı sakinlərin, ağsaqqalların müraciətləri nəzərə alınaraq, imkansız, ailələrin yaxınlarının yas mərasimlərinin keçirilməsi ilə əlaqədar, 1 (bir) il müddətinə hər ay bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 100 (bir yüz) manat pul vəsaiti ilə köməklik göstərilmişdir.

S.Yesenin küçəsindən “Dalğa Arena” İdman Mərkəzinə qədər olan ərazidə, M.Hüseynov, H.Z.Tağıyev, B.Əliyev küçələrində, bağlar massivində, yeni sahələrdə abadlıq, təmizlik işləri aparılmışdır.

Mərdəkan qəsəbəsinin aztəminatlı, imkansız ailələrinə maddi yardımlar edilmiş və bu kateqoriyadan olan insanların yaxınlarının yas mərasimlərinin keçirilməsinə köməklik göstərilmişdir.

***

Son olaraq qeyd edim ki, bundan sonra da fəaliyyətimizi Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində quracağıq.    

Mirbaba Hüseynov

Xəzər rayonu Mərdəkan bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR