"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar H.Z.Tağıyev adına 123 nömrəli orta məktəbdə tədbir keçirilib

--2019-05-08 / 10:37

Ümummilli Lider, Ulu Öndər, Müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir 07 may 2019-cu il tarixdə qəsəbədəki H.Z.Tağıyev adına 123 nömrəli orta məktəbdə tədbir keçirildi. Tədbirdə məktəbin rəhbərliyi, şagirdlər, qonaqlar, bələdiyyənin, ictimaiyyətin nümayəndələri iştirak etdilər.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlandı. Məktəbin direktoru Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.Ümummilli Lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini diqqətə çatdırılıb. Onun ideyalarının Prezident İlham tərəfindən uğurla həyat keçirildiyi bildirilib.Digər çıxışçılar Ulu Öndərin keçdiyi mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən, Vətəni və xalqı üçün gördüyü nəhəg işlərdən danışdılar.

Qeyd olundu ki, Ulu Öndər dövlət dilinin qorunması üçün böyük fədakarlıqlara imza atıb, söz azadlığının inkişafına nail olub. Çıxışlardan sonra, ibtidai sinif müəllimi Şahnaz Cəfərovanın rəhbərliyi altında hazırlanmış bədii kompozisiya şagirdlərin ifasında təqdim edildi.

Tədbirin sonunda Mərdəkan bələdiyyəsinin sədr müavini Sabir Dadaşov yüksək səviyyədə təşkil olunmuş tədbirə görə bələdiyyənin rəhbərliyi adından məktəb rəhbərliyinə öz təşəkkürünü bildirdi və müəllimə Şahnaz Cəfərovaya bələdiyyə adından “Fəxri Fərman” təqdim etdi.

Xəzər rayonu Mərdəkan bələdiyyəsi

ŞƏRHLƏR