"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ucar rayon Qazıqumlaq Bələdiyyəsi tərəfindən 2022-ci ilin yarım illik görülmüş işlər və qarşıda duran vəzifələr barədə H E S A B A T I

--2022-07-20 / 05:06
Ucar rayon Qazıqumlaq Bələdiyyəsi tərəfindən
2022-ci ilin yarım illik görülmüş işlər və
qarşıda duran vəzifələr barədə bələdiyyə sədri
Fuad Qədirovun
H E S A B A T I
Hörmətli seçicilər!
Hörmətli yığıncaq iştirakçıları!
Bildiyimiz kimi, “Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hər il bələdiyyələr öz yarımillik və illik hesabatını verməlidirlər.
İndi isə sizə 2022-ci ilin yarımillik hesabatında bələdiyyədə görülmüş işlər haqqında məlumat vermək istəyirəm.Bildirmək istəyirəm ki, bələdiyyəmiz öz fəaliyyətini “Bələdiyyələrin Statusu haqqında” Azərbaycan respublikası Qanununa və digər hüquqi normativ aktların tələbinə uyğun qurmağa çalışmışdır. Bu il ərzində bələdiyyə tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq vətəndaşlar qəbul edilməklə, onların müraciətlərinə baxılmış , bələdiyyə əhalisinin sosial rifah halının yaxşılaşdırılması üçün səy göstərilmiş , bələdiyyə fəaliyyətinə dair statistik hesabatlar tərtib edilərək aidiyyatı təşkilatlara təqdim olunmuşdur. Bu məqsədlə bələdiyyə büdcəsindən müəyyən vəsait xərclənmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
Kənd əhalisinin koronavirus pandemiyası ilə əlaqədar olaraq marifləndirilməsi və karantin rejminə əməl edilməsində Qazıqumlaq bələdiyyəsi böyük köməklik göstərmiş təbliğat – təşviqat işi aparılmışdır. Kənddə parkın məktəblərin və.s yerlərin dezinfeksiya olunmasında və bələdiyyə ərazisində yaşayan insanların vaksinasiya olunmasında Qazıqumlaq bələdiyyəsi fəal iştirak etmişdir və bu xəstəliklə mübarizədə daha da fəal iştirak etmişdir. Şükürlər olsun ki, bütün dünyanı saran pandemiya dövründə Azərbaycan xalqının sağlamlığını siyasətinizin ən prioritet istiqaməti etdiyiniz üçün ölkə başçımıza təşəkkürümü bildirirəm. Ən güclü dövlətlərin belə qarşısında aciz qaldığı pandemiya dövründə Azərbaycanın doğru əllərdə olduğu bir daha sübut olundu. Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizdə pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində uğurlu addımlar atıldı. Artıq demək olar ki, korona virus yox olmaqdadır.
Bildiyimiz kimi, idmanın inkişafı bilavəsitə dövlət başçısının nəzarətindədir. 8 iyun tarixində Ucar rayonu Qazıqumlaq kənd 2 saylı tam orta məktəbin stadionunda Ucar Rayon İcra Hakimiyyəti, Ucar Rayon Gənclər və İdman İdarəsi, Ucar Rayon Gənclər Evinin təşkilatçılığı və Mərcan məhsullarını istehsal edən şirkətin sponsorluğu ilə Ucar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyinin açılış mərasimi baş tutub. Keçirilən mərasimdə yaxından iştirak etmiş və Qazıqumlaq bələdiyyəsi adınan futbol komandası təşkil etmişik. Nəzərinizə çatdırmaq istəyirəm ki, komandamız güclü oyunları nəticəsində qalib gələrək yarımfinala yüksəlmişdir.
Hesabat dövrüdə bələdiyyənin 11 iclasında 33 məsələ müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur. Bələdiyyənin və onun komissiyalarının iclaslarında qəbul edilmiş qərarlar əsasən yerli özünüidarə etmənin inkişafı və təkmilləşdirilməsi, bələdiyyə mülkiyyətinin idarə edilməsi, dövlət bayramları və tədbirləri, o cümlədən bələdiyyə ərazisinin yaşıllaşdırma və abadlaşdırılması, bayramların keçirilməsi kimi məsələləri əhatə etmişlər. Bələdiyyə iclaslarında qəbul edilmiş qərarların icrası bələdiyyə rəhbərliyinin nəzarətdə saxlanılmışdır.
Hesabat dövrüdə bələdiyyədə müzakirə edilmiş məsələlər həyata keçirilmişdir. Hər iclas protokolunun bir nüsxəsi Göyçay Regonal Ədliyyə Şöbəsinə göndərilmişdir.
Fiziki və hüquqi şəxslərin müraciətlərinə və xidməti məktublarına baxılması işinin təşkili.
Hesabat dövründə Qazıqumlaq Bələdiyyəsinə yuxarı təşkilatlardan 17 məktub daxil olmuşdur və müvafiq olaraq yerinə yetirilmişdir. Hesabat dövrü ərzində Qazıqumlaq Bələdiyyəsinə daxil olmuş 18 yerli ərizə və müraciətlər müəyyən edilmiş müddət ərzində təmin edilmişdir.(Müraciət əsasən pay torpaqlarının sərhədlərinin müəyyən edilməsi, ziyanlıqların vurulması, bələdiyyə ərazisində yaşayan imkansız ailələrə yardımların olunması və fərdi yaşayış evinin tikilməsi üçün həyət yanı torpaq sahəsinin satılması kimi qeydə alınmışdır.)
İndi isə nəzərinizə çatdırmaq istəyirəm ki bir bələdiyyənin normal fəaliyyəti üçün onun maliyyə mənbəyi olmalıdır. Bələdiyyə maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikası qanununa görə bələdiyyə maliyyəsinin əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə, büdcədənkənar fondlar, bələdiyyənin istehsal xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir.
İndi də sizə 2022-ci ilin yarım illik bələdiyyə büdcəsinin icrası və ondan istifadə vəziyyəti haqqında məlumat verirəm. Faktiki olaraq 2022-ci ilin yarımillik bələdiyyənin mədaxil büdcəsi aşağıdakı kimi olmuşdur:
01.01.2022-ci il tarixə qalıq 239.64 manat olmuşdur
1. Torpaq vergisi 2898.10 manat
2. Əmlak vergisi 2202.14 manat
3. Torpaq icarə haqq 9306.60 manat
4. Mehmanxana, sanatoriya-kurort
və turizm xidmətləri göstərən
şəxslərdən alınan ödəniş 30.00 MANAT
5. Bələdiyyə mülkiyyətinin
özgəninkiləşdirilməsinə görə ödəniş 1800.00
Cəmi: 16236.84 manat
Daxil olunan vəsait aşağıdakı göstərilən işlərə sərf olunmuşdur:
1. Bələdiyyə işçilərinin əmək haqqı 9369.00 manat
2. DSMF 2582.30 manat
3. Poçt xidmət haqqı 77.89 manat
4. Elektrik enerjisi 190.00 manat
5. Əmək haqqı kartı 26.00 manat
6. Onlain xidmət 290.41 manat
7. Yanacaq dizel 0.00 manat
8. Kompuyter xərci 0.00 manat
9. Yanacaq benzin 0.00 manat
10. Ərazi abadlaşdırması 0.00 manat
11. Parkın saxlanması 614.54 manat
12. Qəbirsanlıqın təmizlənməsi 0.00 manat
13. Bələdiyyə binasının saxlanılması 0.00 manat
14. Ekologiya 0.00 manat
15. Kimsəsizlərə maddi yardım 260 manat
16. Torpaq sənədləşdirilməsi 0.00 manat
17. Audit xidmət haqqı 750.00 manat
18. Dəftər xana 100.00 manat
19. İcbari tibbi siğorta 86.20 manat
20. Digər xərclər 57.51 manat
21. Kənd bələdiyylərinin milli
assosiasiya üzvülük haqqı 150.00 manat
Cəmi:14553.85 manat
Hal hazırda 01.07.2022-ci ilə Bələdiyyənin yerli büdcəsində 1922.63 manat qalıq qalmışdır
Məlum olduğu kimi, Bələdiyyənin yerli büdcəsi əsasən fiziki şəxslərdən yığılan torpaq və əmlak vergilərindən, torpaq satışından , torpaq icarəsindən yığılan rüsumlardan formalaşır.Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, işlərimizdə müəyyən çətinliklərimiz olmuşdur. Hal hazırda bələdiyyənin əhatə etdiyi ərazidə vətəndaşlar tərəfindən ödənilməli olan xeyli miqdarda vergilər bələdiyyə büdcəsinə ödənilməmişdir. Elə bu səbəbdən də bir çox sosial problemləri həll etmək mümkün olmamışdır. Yaxşı olar ki, kənd əhalisi bu sahədə aktivlik göstərib bələdiyyəyə çatacaq vergiləri vaxtında ödəsinlər ki, gələcəkdə həll olunmamış heç bir problemimiz qalmasın. Bunu da qeyd etmək istəyirəm ki, icarə torpaqların icarə qiymətləri dəyişdirilərək artırılıb bazar qiymətinə uyğunlaşdırılıb bu da bələdiyyəmizin maliyə dəstəyinə xeyli köməklik olacaqdır.
Hörmətli yığıncaq iştirakçıları!
Hesabatımızın sonunda sizi əmin etmək istəyirəm ki, Qazıqumlaq bələdiyyəsi öz fəaliyyətini bundan sonra daha da yaxşı quracaq və sizin etimadınızı doğrultmağa çalışacaq
Fuad Qədirov
Ucar rayonu Qazıqumlaq bələdiyyə sədri
Tarix: 14.07.2022-ci il
 
ŞƏRHLƏR