"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türkiyəli bələdiyyə üzvləri Gəncə şəhərində olublar

--2019-08-07 / 16:11

Türkiyənin İzmir Böyükşəhər bələdiyyə üzvü və Çiğli Bələdiyyəsinin üzvləri Gəncə şəhərində olublar.

Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov Gəncə şəhərində işgüzar səfərdə olan İzmir Böyükşəhər bələdiyyəsinin üzvü və Çiğli Bələdiyyəsinin üzvləri Tulin Koç, Deniz Bektaş və Gülsün Özünal Derse ilə görüş keçirib. Həmcinin görüşdə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova da iştirak edib.

Görüşdə iki ölkənin bələdiyyələri və gənclər təşkilatları arasında mümkün əməkdaşlıqlar və təcrübə mübadiləsi müzakirə olunub, müxtəlif layilərərin birgə həyata keçirilməsi haqqında söhbətlər aparılıb.

Sonda qonaqlarlara hədiyələr təqdim olunub və birlikdə xatirə şəkilləri çəkilib.

Belediyye.info

ŞƏRHLƏR