"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türkan bələdiyyəsi sakinlər arasında koronovirusla mübarizə ilə bağlı maarifləndirici görüşlərini davam etdirir

--2020-03-30 / 15:12

Xəzər rayonu Türkan bələdiyyəsi sakinlər arasında koronovirusla mübarizə ilə bağlı maarifləndirici görüşlərini davam etdirməklə yanaşı hər bir şəhid ailəsinə və aztəminatlaı ailələrə ərzaq soqatı paylayıblar.

Bununla bağlı məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Belə ki, bələdiyyənin sədri Vüqar Balayevin və qulluqçularının iştirakıyla hər sakinə xüsusi rejimli karantinlə bağlı izahat işləri aparılmışdır. Vətəndaşlarla görüş zamanı koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında məlumat verilib, əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub.

Karatin dövründə bələdiyyə sakinlərlə izahat xarakterli görüşlərini davam etdirəcəkdir.

Belediyye.info

ŞƏRHLƏR