"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türk Dünyası Bələdiyyələr Birliyi İdarə Heyətinin növbəti toplantısı keçirilib

--2021-07-31 / 11:43

Türkiyənin Konya şəhərində Türk Dünyası Bələdiyyələr Birliyi İdarə Heyətinin növbəti toplantısı keçirilib. Türk Dünyası Bələdiyyələr Birliyinin rəhbəri, Konya bələdiyyə sədri Ibrahim Altayın və təşkilatın Baş katibi Fəxri Solakın iştirakıyla keçirilən toplantıda Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin üzvü olan Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev də iştirak edib.

Toplantıda təşkilatin Albaniyadan, Bosniya-Hersoqovinadan, Qığızıstandan, Makedoniyadan və Quzey Kıprısdan olan üzvləri də təmsil olunublar.

Toplantıda həmçinin Türkiyə Böyük Millət Məclisinin üzvləri və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Qadınlar Birliyinin sədri Ayşe Keşir də iştirak edib.

İdarə heyətinin iclasında bir sıra məsələlər müzakirə edilməklə yanaşı, həmçinin təbii fəlakət baş ərazilərdə Birlik tərəfindən 150 tingin (ağacın) əkilməsi qərara alınmışdır.

Belediyye.info

ŞƏRHLƏR