"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türk Dünyası Bələdiyyələr Birliyi Bosniya və Herseqovinada açılış edib

--2017-10-12 / 00:51

Türk Dünyası Bələdiyyələr Birliyi və (TDBB) Konya Səlcuqlu Bələdiyyəsi əməkdaşlığında, "Seçimim Türkcə" Layihəsi çərçivəsində, Bosniya və Herseqovina Novı Travnik şəhərində yerləşən orta məktəbdə inşa edilən türk dili sinfinin açılış  mərasimi keçirilib.

Novı Travnikdə keçirilən açılış mərasimində  Novı Travnik bələdiyyə sədri Lendo Rəfiq, Səlcuqlu bələdiyyə sədr müavini Ziya Yalçınkaya,  məclis üzvləri,  Hersoqovina Yunus Əmrə İnstitutunun direktoru Mehmet Akif  və çoxsaylı dəvətli qatılıb. TDBB nın yaydığı məlumata görə, açılışda çıxış edən məktəb direktoru Nedzada Tolja, 400 tələbəsi olan orta məktəbdə, təxminən 200 tələbənin dil öyrəndiyini ifadə edib. Tələbələrə müasir şəraitdə dil öyrənmə imkanı bəxş edən Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB), Səlcuqlu Bələdiyyəsi və Yunus Əmrə İnstitutuna təşəkkürlərini çatdıran Tolja, məktəb binasının da Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Rəhbərliyi (TİKA) tərəfindən təmir olunduğunu da xatırlatdı.

 Novı Travnik bələdiyyə sədri Rafiq Lendo çıxışnda  türkcə öyrənən tələbələrin, iki ölkə arasındakı bağları möhkəmlənəcəyinə işarə edib.

Səlcuqlu Bələdiyyəsi sədr müavini Ziya Yalçınkaya  türkcə və Türk mədəniyyətini Bosniya və Herseqovinalılarla əlaqələndirən Yunus Əmrə İnstitutunun "Seçimim Türkcə" layihəsinə daxil olmaqdan duyduğu məmnuniyyətini dilə gətirib.

Proqrama qatılan Yunus Əmrə İnstitutunun direktoru Mehmet Akif  Bosniya və Herseqovina üzrə 150 dən çox məktəbdə təxminən 8 min 500 tələbənin dil öyrəndiyini bildirib.

Tədbirin sonunda tələbələr Türkiyədən gələn qonaqlar üçün qısa bir bədii proqramda təşkil ediblədr. Proqramda həmçinin, şagirdlərə çanta və çap kağızı materialları paylanılıb.

Belediyye.info

ŞƏRHLƏR