"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Tural Nəbiyev daha bir quruma sədr seçilib

--2020-02-22 / 16:43

Füzuli rayonu 21 bələdiyyə sədrinin iştirakı ilə ilk Şura iclası keçirildi.

Iclasın gündəliyində Şuranın sədri,müavini və yeni üzvülərin seçilməsi var idi. Bələdiyyələr şurasının keçmiş sədri Tural Nəbiyev şuranın keçən illərdəki fəaliyyətindən danışdı. Daha sonra təşkilati məsələlərə baxıldı. Bələdiyyə üzvüləri yeni Şura sədrliyinə Horadiz bələdiyyəsinin sədri Tural Nəbiyevin namizədliyini irəli sürdülər. Təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu. Sədr müavini vəzifəsinə Mahmudli-1 kənd bələdiyyəsinin sədri Əliyev Hikmətin namizədliyi irəli sürüldü və qəbul olundu. Sonra üzvülər seçildi.Yeni seçilən tərkibə, müavinə,üzvülərə uğurlar arzulandı. Yeni seçilən Şura sədri Tural Nəbiyev çıxış edərək öz təşəkkürünü bildirdi və qarşıda duran vəzifələrdən danışdı.

Füzuli rayonu Horadiz bələdiyyəsi

ŞƏRHLƏR