"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Tünzalə Vəliyeva: “Ekologiya və Təbii sərvətlər Nazirliyinin bu addımı heç bir mənitqə slğmır”

--2020-05-19 / 16:09

Xəbər verdiyimiz kimi, 16 may 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları sosial şəbəkədə yayılan fotolara əsaslanaraq Tərtər şəhərinin Nizami küçəsində yol kənarında əkilən ağaclara baxış keçirərək Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyevanı 1000 ( bir min) manat cərimə olunması barədə protokol tərtib ediblər.

Bununla bağlı Belediyye.infoya açıqlama verən Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva bildirib ki, nazirliyin bu addımı heç bir məntiqə sığmır və hüquqi əsası yoxdur.

Sədr bildirib ki, həmin magistral yol Tərtər bələdiyyəsinin ərazisində olsa da bələdiyyənin balansında deyil. Həmin küçə 2016-cı ilin may ayında Dövlət Avtomobil yolları agentliyinin 42 saylı Tərtər Yol İstismarı MMC tərəfindən əsaslı təmir olunmuşdur və elə həmin vaxtda da yolu genişləndirərək piyada səkilərini eninə qısaltmışlar. Ona görə də vaxtı ilə əkilən ağaclar yola düşmüşdür. Dörd il əvvəl asfaltlama işləri apararkən 42 saylı Tərtər Yol İstismarı MMC həmin ağacların da dibini də asfaltlayıblar.

Sədr bununla bağlı yaxın günlərdə məhkəməyə müraciət edəcəyini bildirib.

Qeyd edək ki, Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva 2020-ci ilin bələdiyyə seçkilərində sədr seçilmiş və 17 yanvar 2020-ci ildən fəaliyyətə başlamışdır.

  Belediyye.info

ŞƏRHLƏR