"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Tüləkəran bələdiyyəsi 30 ailəyə ərzaq bağlaması paylayıb

--2022-07-09 / 18:47

Quba rayonu Tüləkəran bələdiyyəsi “Qurban bayramı” münasibətiylə bələdiyyə iclasının qərarıyla ümumilikdə 27 nəfər aztəminatlı ailəyə, o cümlədən iki şəhid və bir qazi ailəsinə ərzaq yardımı paylamışdır. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Bələdiyyədən verilən məlumata görə, yerliözünüidarəetmə orqanı oalraq mütəmadi olaraq Quba rayon icra hakimiyyətinin təşəbbüsü ilə sosial proqrama uyğun yardımlar paylanılır.

Qeyd edək ki, Tüləəran bələdiyyəsin Quba rayonunda formalaşan 34 bələdiyyədən biri olaraq seçicilərinə verdikləri sözü tutmaq üçün hər il çoxsaylı layihələrə imza atırlar.

Belediyye.info

ŞƏRHLƏR