"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Tovuz bələdiyyələrinin büdcə gəlirlərində 17 faiz azalma var

--2019-07-08 / 16:05

Tovuz rayonunda formalaşan 41 bələdiyyənin əldə etdikləri maliyyə vəsaitinin həcmi 265.900 manat olub. Bu da 2017-ci illə müqayisədə büdcə gəlirlərində 16 faiz azalma deməkdir. Əldə edilən vəsaitin isə 29.1 faizi bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəsindən daxil olub. Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Tovuz rayonunda formalaşan 41 bələdiyyə 47.200 manatlıq əmlak vergisi, 49.900manatlıq torpaq vergisi, 500 manatlıq reklam vergisi,400 manatlıq mehmanxana rüsumu toplaya biliblər.

İl ərzində mədən vergisinidən və dayanacaqlardan bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Qeyd edək ki, il ərzində 90.400 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Tovuz bələdiyyələri əldə etdikləri qazancın 83.9 faizini, yəni 222.700 manatını yerli özünidarə orqanlarının saxlanmasına, 6.4 faizini isə 17.100 manatı isə mənzil kommunal təsərrüfatı sahəsinin saxlanmasına xərcləyiblər.

Belediyye.info

ŞƏRHLƏR