"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Torpaq sahəsinə ehtiyacı olan vətəndaşların sayı artır

--2016-02-22 / 00:05

Qusar Bələdiyyəsinin ərazisi 17.310 kv.kilometr olmaqla əhalisinin sayı 19 min nəfərdir. Şəhərdə demokratik  və şəffaf keçirilən seçkilərdə 13 nəfər bələdiyyə üzvü seçilmişdir. Onlardan 4 qadındır. Onu da qeyd  etmək istəyirəm ki, yeni seçilmiş bələdiyyə üzvlərinin 39 %-i gənclərdir.

Bələdiyyəmizdə 2 daimi komissiya  Büdcə məsələləri və sosial məsələləri daimi komissiyaları fəaliyyət göstərir. Bələdiyyənin icra strukturunda 14 ştat vahidi olmaqla 3 şöbə mövcuddur.

2015-ci il ərzində 13 bələdiyyə iclası çağırılmışdır. Həmin iclaslarda çoxsaylı məsələlər müzakirə  edilmiş, müvafiq qərarlar qəbul edilmişdir. İl ərzində bələdiyyə ərazisində yaşayan  sakinlərlə 18 səyyar görüşlər keçirilmiş, seçicilərə bələdiyyənin fəaliyyəti barədə ətraflı hesabatlar verilmiş, əhalinin təklifləri dinlənilmişdir.

2015-ci ilin oktyabr ayının 12-dən, 18-dək bələdiyyə ərazisində “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində  bir sıra tədbirlər keçirilmişdir. Şəhərdə fəaliyyətdə olan məhəllə komitələri ilə  birgə yerlərdə “Bələdiyyə vətəndaş cəmiyyətinin dayağıdır”, “Vətəndaşların yerliözünüidarəetmədə iştirakını təmin edək”, “Azərbaycan Yerli Demokratiya Həftəsini dəstəkləyirik” devizi altında görüşlər keçirilmişdir.

Bələdiyyənin inzibati binasında bələdiyyə sədri, müavini və şöbə müdirləri bütün iş günləri əhalini qəbul edirlər. “Açıq qapı” gününü elan edilməsinə heç lüzum da yoxdur. Vətəndaşlarla  operativ əlaqə saxlamaq məqsədilə bələdiyyədə üç telefon nömrəsi fəaliyyət göstərmişdir və göstərir.

Vətəndaşların qəbuluna və onların müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilib.

Ötən il ərzində bələdiyyəyə verilən ərizəyə, şikayət və təkliflərin sayı 319 olmuşdur. O cümlədən:

-          torpaq    sahələrinin ayrılmasına –116

-          mülkiyyətində torpaq sahələrinin olub-olmaması barədə - 124

-          mübahisəli məsələlər – 6

-          müxtəlif abadlıq işlərinin görülməsi barədə - 3

-          digər məsələlər barədə - 70

Daxil olmuş müraciətlərə tərəfimizdən baxılmışdır, əksəriyyəti həll edilmış, bir qismi əsassız hesab edilmiş, digərləri icraata qəbul edilmişdir.

Bundan əlavə il ərzində bələdiyyə sədri, müavini və şöbə müdirləri 276 nəfər vətəndaşı qəbul etmiş və müraciətlərinə baxılaraq yaxından köməklik göstərilmişdir.

Onu da qeyd etmək lazımdır ki, Qusar Bələdiyyəsində kimsəsiz və aztəminatlı ailələrin siyahısı mövcuddur və bütün bayram günləri onlara  ünvanlı yardımlar göstərilir.

2015-ci il ərzində bələdiyyə büdcəsinə 84.509 manat vəsait daxil olub. Onlardan 7000 manat dotasiya,  26827.99 manat əmlak, torpaq və mədən vergisindən, 50680.20 manat torpaq satışından əmələ gəlmişdir.

Ötən il ərzində bələdiyyənin xərcləri 83486.61 manat təşkil etmiş və aşağıdakı kimi xərclənmişdir: 

Yardımların göstərilməsinə 1840.0 manat, Novruz, Ramazan, Qurban bayramlarını, 8 Mart Beynəlxalq Qadınlar günü və Yeni il bayramlarının keçirilməsinə 7209.50 manat xərclənmişdir. 53287 manat abadlıq və quruculuq işlərinə və digər məqsədlərə sərf olunmuşdur.

Qusar Bələdiyyəsi rayon İcra Hakimiyyəti və digər aidiyyatı qurumlar tərəfindən aparılan bütün təmizlik, abadlıq  və quruculuq işlərində yaxından iştirak etmişdir.

Tikinti-abadlıq işləri üzrə:  

-           

Elza İbrahimova  küçəsində hasarın tikintisi

-           

Ağacların əkilməsi

-           

Şarvili və Piroğlanov küçələrində çınqılın gətirilməsi və yayılması

-           

H.Əliyev pr.  şam ağaclarının əkilməsi

-           

Səfixanov küçəsində su arxların tikintisi

-           

N.Şərifov küç. pannoda yeni şəkillərin quraşdırılması

-           

Güllərin əkilməsi

-           

M.Vəliyev küçəsində divarların suvaqlanması və rənglənməsi

-           

Elza İbrahimova küçəsində ştaket reyka hasarın tikilməsi 271.6+330

-           

Divarların rənglənməsi

-           

Dağıstan küçəsi 6 saylı ünvanda bələdiyyə yerləşdiyi otaqların əsaslı təmiri

-           

N.Şərifov küç. reklam lövhələrinin və panno şəkillərin dəyişdirilməsi

-           

Elza İbrahimova küçəsində rəngləmə işlərin görülməsi

-           

4 saylı məktəbə gedən yola çınqılın daşınması və yayılması

-           

Qayakənd məktəbində imkansız uşaqlara məktəb ləvazimatı

-           

Şəhərin T.İsmayılov küçəsində su arxların tikintisi

-           

S.Səfərov küç. hasarın tikintisi

-           

G.Əbilov küçəsində dəmir təbəqə hasarın tikintisi h=2 m

-           

Mərkəzi meydanda yolkanın quraşdırılması

Şəhər sakinlərinin əsas problemi fərdi evin tikintisinə torpaq sahələrinin olmamasıdır.

Son 5 ildə həyətyanı torpaq sahəsinə ehtiyacı olan vətəndaşların sayı 4 mini ötmüşdür. Bunun da əsas səbəbi 2002-ci ildən bu günə kimi bələdiyyənin perspektiv  inkişaf fonduna torpaqların ayrılmamasıdır. Bu haqda AR Nazirlər Kabinetinə, AR Ekologiya və Təbii Səvətlər Nazirliyinə və digər aidiyyatı orqanlara dəfələrlə müraciət edilmişdir.

Ötən ildə 40 nəfər vətəndaşa həyətyanı torpaq sahəsi ayrılmışdır, bunlar da uzun müddət vətəndaşların qanunsuz istifadələrində olan torpaq sahələridir.

Qusar Bələdiyyəsinin rəhbərliyi sizi əmin edir ki, ötən ildə Bələdiyyənin fəaliyyətində yol verilmiş nöqsanları  aradan qaldıracaq, çətinliklərlə üzləşəciyimiz iqtisadi islahatlar dövrü olan 2016-cı ildə bütün qüvvəmizi səfərbər edərək qarşımıza qoyulan məsələlərin öhdəsindən layigincə gələcəyik.

                                    Əlfəddin İbrahimov

Qusar Bələdiyyəsinin sədri

ŞƏRHLƏR