"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Torpaq almaqdan və ev tikməzdən öncə nə etməliyik? -EKSPERT RƏYİ

--2021-03-11 / 03:59

Son zamanlar coxlari evlərinə mülkiyyət huququnu təsdiq ədən çıxarıs ala bilməmələrindən narazılıq edir. Bu təbii haldir, çünki yasadığımiz evin dövlət qeydiyyatindan kecərək sənədləsməsi, gələcəkdə rahat həyata güvən yaradir. Lakin insanlarin daha guvənli olmalari ucun, ilk novbədə ölkəmizdəki qanunlardan faydalanaraq doğru secimlər etməsindən baslayır.

İlk olaraq ev tikmək üçün torpağın harada və hansı təyinatda olmasına diqqət ətmək vacibdir! Bildiyimiz kimi, dövlətimizdə torpaqlar üç təyinatli olur: dövlət, xususi mülkiyyət və bələdiyyə torpaqları.

Yəni, ev tikmək ucun yalniz xususi mulkiyyət üçün ayrılmış torpaq sahələrindən secməliyik. Əgər biz dövlət obyektlərinin tikilisi, istifadəsi üçün ayrılmıs torpaqlarda qanunsuz olaraq (təbii ki, zəbt etmə və hansısa yarıtmaz məmurun qanunsuz dəstəyi ilə), ev tikiriksə, mütləq problemlərlə üzləşəcəyik.

Axi, nə üçün özümüzü çətinə salırıq? Alınacaq torpaq barədə məlumatları dövlət qurumlarından yox, çoxları ara vasitəci adamlarin yalan məlumatları ilə kifayətlənirlər və böyük məbləgdə xərclər edərək, ev tikintisinə qərar vərirlər.

Axı, nə üçün pulunuzu, sökuləcək evin tikintisinə düsünmədən, rahatlıqla xərcləyirsiniz? Bələdiyyəyə rəsmi olaraq, sorğu verməniz, sizi qanunsuz tikilinizin sökülməsindən, qanunsuz tikili üçün idarələrə çoxsaylı müraciətlərdən, narahatlılıqlardan azad edə bilər. Alqı-satqıdan öncə alacağınız torpaq barədə Əmlak Komitəsinin Torpaq və Xəritə Cəkmənin xəritəsində hansi təyinatlı olması və yüklülüyü barədə rəsmi məlumat tələb edin!

Nəcə deyərlər, atalar dediyi kimi, 100 olçub, 1 biçin !

Alacağınız torpağın texniki pasportundakı göstəricilərdə onun koordinatları, yerləsmə zonasına diqqət edin!

Bəzən də, torpaq sahəsi elektrik, qaz boruları va ya çəkilmis yola yaxın olur Bu halda da, yasayıs üçün fərdi evin tikilişinə icazə veriləcəyi barədə Əmlak Komitəsinə rəsmi məktubla muraciət ədin! Yalnız tikintinin sənədləsməsinə məhdudiyyət olmayacağını təsdiqləyən rəsmi cavab məktubu aldıqdan sonra, qərar verməyiniz tövsiyə olunur!

Bəzən, torpaq sahəsi kənd təsərrufatı təyinatlı olur. Adından göründüyü kimi, torpaq kənd təsərrufatı təyinatlıdır, yəni bu torpaq dövlət tərəfindən örus, əkin, heyvandarlıq işləri üçün ayrılmısdır və tikinti bu sahədə xidməti məqsədlər üçün tətbiq oluna bilər, lakin fərdi yaşayıs, mülkiyyət üçün deyil!

Əgər qanunlarımızı yaxsı bilsək, sənədləsmədə heç bir problem yaranmaz!

Gəlin, yaşadığımız evin harada yerləşdiyi, torpağın hansı təyinatda olması barədə, ilk və dəqiq məlumatları rəsmi qaydada, dövlət qurumlarından alaq!

Unutmayaq ki, alinacaq torpaq barədə dəqiq məlumat üçün, bir dəfə rəsmi məktubla dövlət idarəsinə muraciət etməyənlər, ev tikintisi basa catdiqdan sonra, sənədləsmə üçün həmin qurumlara dəfələrlə, təkrar muraciət etsələr də, sənədləşmə üçün imtina məktubları ala bilərlər. Torpağı almazdan öncə, ona olacaq huquqlarınızı arasdırın, baxın, o zaman qaranliqlar aydinlasacaq!

Əks halda, ətrafli duşunmədən, verdiyimiz yalnıs qərarlar və seçimə görə, kimlərdənsə yox, yalnız özümüzdən inciyəcəksiniz!!!

Rövşanə QULİYEVA 

ŞƏRHLƏR