"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Teymur Mustafayev: “Fəaliyyətimiz sayəsində 942.2 ha torpaq sahəsi bələdiyyələrin mülkiyyətinə qaytarılmışdır”

--2018-02-13 / 15:31

 Belediyye.infonun suallarını Göyçay regional ədliyyə idarəsinin rəis əvəzi, kiçik ədliyyə müşaviri Teymur Mustafayev cavablandırır. Onunla söhbətə idarənin illik fəaliyyəti ilə bağlı başladıq: Əlavə edək ki, Göyçay regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına Göyçay, Ağdaş, Ucar, Zərdab, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir rayonlarında formalaşan 220 bələdiyyə əhatə edir.

 -Bu gün regional idarədə sənədlərlə iş hansı vəziyyətdədir?

Hesabat dövrü ərzində Göyçay regional ədliyyə idarəsinin icraatına 4790 sənəd daxil olmuşdur. Onlardan 1538-i vətəndaş müraciətləri, 158-i nazirliyin müvafiq struktur qurumlarından, 42-si yerli ədliyyə orqanlarından, 3013-ü bələdiyyələrin iclas protokolları, 6-sı bələdiyyələrdən daxil olan digər sənədlər, 33-ü digər orqanlardan daxil olmuşdur. Vətəndaş müraciətlərindən 3-ü isə İdarənin qaynar xəttinə daxil olmuşdur.

2017-ci il ərzində daxil olmuş vətəndaş müraciətlərinin 321-i bələdiyyələrin, 1214-ü məhkəmə qərarlarının icrası və icra məmurlarının hərəkətləri, 3-ü notariat kontorunun fəaliyyəti barədə olmuşdur.

Onlardan 57 müraciət tam, 75 müraciət isə qismən təmin olunmuş, 1326 müraciət üzrə vətəndaşlara əsaslandırılmış cavablar verilmiş, 19 müraciət aidiyyatı üzrə göndərilmiş, 10 müraciət işə alınmış, 39 müraciət əsassız sayılmış, 12 müraciət isə baxılmaqdadır.

2017-ci il ərzində İdarə tərəfindən 111 vətəndaş qəbul edilmişdir.

 

- Sizin fəaliyyət istiqəmtlərindən biri də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və metodoloji yardımın göstərilməsidir. Bəs bu istiqamətdə hansı addımlar atılır?

 2017-ci il ərzində Göyçay regional ədliyyə idarəsinə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 321 müraciət daxil olmuşdur. Onlardan: 257-si Bələdiyyələrlə iş mərkəzindən, 1-i Təşkilat nəzarət baş idarəsindən, 12-si Katiblikdən,3-ü ədliyyə orqanlarından, 2-si digər təşkilatlardan, 46-sı isə birbaşa vətəndaşlardan daxil olmuş müraciətlərdir.

Onlardan 6 müraciət müsbət, 4 müraciət qismən, 282 müraciət üzrə əsaslandırılmış cavab verilmiş, 6 müraciət aidiyyəti üzrə göndərilmiş, 3 müraciət işə alınmış, 15 müraciət əsassız sayılmış, 5 müraciət isə baxılmaqdadır.

 Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət üzrə əldə olunan rəqəmlərlə tanış olaq:

2017-ci il ərzində icraata 7731 bələdiyyə aktı daxil olmuşdur. Onlardan 7563-i işə alınmış, 138 akt barədə İdarə tərəfindən bələdiyyələrə qərarların ləğv edilməsi və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi üçün təklif verilmiş, bunlardan 125-i İdarənin təklifi əsasında bələdiyyələr tərəfindən ləğv edilmiş, 3-ü dəyişdirilmiş, 10 akta bələdiyyədə baxılmaqdadır. 30 akt idarənin icraatındadır.

İdarənin təklifləri əsasında bələdiyyə aktlarının ləğv edilməsi nəticəsində qanunsuz icarəyə və mülkiyyətə verilmiş ümumilikdə 942.2 ha torpaq sahələri bələdiyyələrin mülkiyyətinə qaytarılmışdır. Onlardan: mülkiyyətə 1.4 ha, icarəyə 940.8 ha

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə 11 inzibati protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmiş, 7 inzibati protokol barədə məhkəmə tərəfindən qərar çıxarılmış, 4 inzibati protokol isə məhkəmənin icraatındadır.

2017-ci il ərzində bələdiyyələrin fəaliyyətinə dair daxil olmuş müraciət üzrə 7 sənədlə bağlı inzibati nəzarət qaydasında araşdırmalar aparılaraq məlumat üçün Bələdiyyələrlə iş mərkəzinə göndərilmişdir. (Şamaxı rayon Avaxıl, Birinci Çaylı, Ovculu, Kürdəmir rayon Ərəbqubalı, Mollakənd, Ağsu rayon Nüydü, Zərdab rayon Dəkkəoba)

Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsinin fəaliyyəti ilə bağlı fakt üzrə cinayət işi başnmışdır.

 Bələdiyyələrə metodoloji yardımın göstərilməsi də idarənin diqqətindədir. Bu istiqamət üzrə görülən işlərə diqqət yetirək:

 Hesabat dövrü ərzində İdarənin yurisdiksiyasına aid rayonların bələdiyyə üzv və qulluqçuları ilə 17 yerli seminar və 1 kurs keçirilmişdir. Keçirilmiş 17 seminar müşavirədə 1091 kursda isə 105 bələdiyyə üzv və qulluqçuları iştirak etmişlər .

Seminarlarda “Şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Arxiv işinin təşkili (Milli Arxiv İdarəsinin yerli qurumları ilə birgə)”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr, “Torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Cinayət və İnzibati Xətalar Məcəllələrinə əlavə olunmuş məsuliyyəti artıran yeni normaların əhəmiyyəti”, “Vətəndaşların müraciətləri haqqında” Qanundan irəli gələn vəzifələr, “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin təbliği”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili” (“Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası ”), “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri” mövzuları daxil edilmişdir.

Hesabat dövrü ərzində bələdiyyələrə müvafiq qanunvericilik aktlarının düzgün tətbiqi və işin daha səmərəli qurulması üçün 594 tövsiyə verilmişdir. Onlardan 583-ü aktlar üzrə, 11-i isə müraciətlər üzrə olmuşdur. Tövsiyyələr bələdiyyə iclaslarında müzakirəyə çıxarılaraq müvafiq qərarlar qəbul edilmişdir.

Eyni zamanda Ədliyyə Nazirliyinin 2017-ci ilin birinci yarımilinə dair İş Planının 2-ci bəndinin 2-ci hissəsinin icrası ilə bağlı “Açıq hökumətin təşviqi üzrə tədbirlər çərçivəsində bələdiyyə qulluğuna qəbul prosesində şəffavlığın təmin edilməsi barədə” Göyçay regional ədliyyə İdarəsinin ərazi yurisdiksiyasına aid Göyçay, Ağdaş, Ucar, Zərdab, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir rayon bələdiyyələrinə müvafiq tövsiyələr verilmişdir.

«Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın ədliyyə orqanlarında icrası üzrə İş Planının 21-ci bəndinin icrası ilə bağlı “Bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə” əhalinin məlumatlandırılması məqsədilə 2017-ci il ərzində Göyçay rayonunun Şəkər, Mırtı və Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları və kənd sakinlərinin iştirakı ilə “Açıq qapı” günü keçirilmişdir.

Eyni zamanda əhalinin məlumatlandırılması məqsədilə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa dair broşüralar tərtib edilərək idarənin ərazi yurisdiksiyasına aid olan bələdiyyələrə təqdim edilmişdir.

Bələdiyyələrin sorğu xarakterli 6 müraciətinə müvafiq cavablar verilmişdir.

Belediyye.info

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏR